Ev Turizm Xəbərləri Səyahətə hazırlıq: çantamızda nə götürməli

Səyahətə hazırlıq: çantamızda nə götürməli

Səyahət

Fikrimcə bir səyahətin əsas hissəsi onu doğru və büdcəli planlamaq bacarığıdırsa, digər vacib hissəsi də səyahət çantasında nələr olmasıdır. “Balkanların Fəthi”turuma bir neçə gün qalmış bu mövzu aktuallaşdığı üçün mən də kiçik bir araşdırma edərək səyahət çantasında “olmazsa olmaz”ların siyahısını hazırladım.

Beləliklə:

1) Passport (mümkünsə vizalı  )

2) Nəqliyyat, aviabiletlər və otellərin (qalınacaq evlərin) rezervasiyalarının çapı. Bu siyahını səfirliyə təqdim edərkən 2 nüsxə çap etməklə sonradan işinizi xeyli azaltmış olarsınız.
3) Səyahət sığortası.

Bu top3-lüyün davamında səyahət çantasında mütləq götürüləsi əşya kimi 4cü sırada powerbankgəlir. Məlum səbəbdən səyahətdə hər kəs daha çox foto-video çəkir, offline xəritələrdən istifadə edir, gündəlik həyatda USB kabeli ilə gəziriksə, səfər zamanı powerbank şərt olur. Hər qiymətə hər keyfiyyətdəpowerbank-larsatılır, Anker firması – məsləhətli olandır. Nə qədər qəribə olsa da, bu dəfəki səfərim zamanı çəkilişləri peşəkar fotoaparat vəGoProilə edəcəyim üçün özümləpowerbank götürməyəcəyəm

Çantanızda səfər zamanı sizə lazım olacaq digər əşyalar isə:

4) Ağrıkəsici və müxtəlif dərmanlar

5) Yara bandı

6) Qeyd dəftərçəsi, qələm.

7) Qulaqcıq, telefonda zövqlü musiqilər

8) Telefon üçün USB şarj kabeli.

9) Gedəcəyiniz ölkədən asılı olaraq və ya – universal travel adapter

10) Diş fırçası

11) Bank kartı (vəya kartları)

12) Fotoaparat, GoPro, onların şarj kabelləri, selfie çubuğu

13) Rahat ayaqqabı. Və bir dənə də rahat sandalet.

14) Daraq, nəm salfet

15) Hamam aksesuarları (qayçı və s.) komplekti

16) Sim kart dəyişməyə iynə (“skripka”)

17) İynə-sap

4-17 siyahısı vaciblik dərəcəsinə görə yox, ümumi olaraq qeyd edilib. Üst və alt paltarlarını, şəxsi gigiyenik vasitələri, gündəlik istifadə edilən əl və üz kremlərini siyahıya yazmadım, onlar təbii olaraq çantada olduqları üçün.

Çantamı yığdıqca əlavələr olarsa bu siyahıya sonradan əlavə edəcəyəm. Siyahıda qeyd etdiklərimdən başqa vacib bildiyiniz hər hansı əşya və ya aksessuar varsa, bildirin