Ev Turizm Xəbərləri S.Ərəbistanı və BƏƏ-nin turizm şirkətləri Azərbaycanın turizm potensialı ilə tanış olacaqlar

S.Ərəbistanı və BƏƏ-nin turizm şirkətləri Azərbaycanın turizm potensialı ilə tanış olacaqlar

S.Ərəbistanı və BƏƏ

9-18 aprel tarixində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyindən (BƏƏ) mədəniyyət və istirahət turizmi üzrə ixtisaslaşmış şirkətlərin nümayəndələri Azərbaycana səfər edəcəklər. Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilir.

Yaxın Şərq ölkələrinin Azərbaycanın turizm potensialı ilə tanışlığı turizm əlaqələrinin genişləndirilməsi məqsədilə aprelin 9-18-də Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyindən turizmi şirkətlərinin nümayəndələri Bakıya səfər edəcəklər”, – məlumatda qeyd olunur.

Dövlət Turizm Agentliyi tərəfindən Səudiyyə Ərəbistanından 10, BƏƏ-dən 14 şirkət iştirakı ilə tanışlıq missiyası təşkil olunub.

Səfər zamanı yerli şirkətlərlə əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə görüşlər təşkil olunacaq. Təqdimatlar keçiriləcək”. – məlumatda vurğulanır.

2018-ci ilin sonundan etibarən Səudiyyə Ərəbistanın Ər-Riyad, BƏƏ-nin Dubay şəhərlərində Azərbaycanın rəsmi turizm nümayəndəlikləri fəaliyyət göstərir.