Ev Turizm Xəbərləri Şahdağa qatarla gedəcəyik – Vəsait ayrıldı

Şahdağa qatarla gedəcəyik – Vəsait ayrıldı

Şahdağ

İlham Əliyev Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə 3 milyon manat ayırıb

 Prezident İlham Əliyev “Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, sənəd ölkədə turizmin inkişaf etdirilməsi, yeni turizm marşrutunun yaradılması məqsədilə imzalanıb.

Sərəncamla Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.2.6-cı yarımbəndində göstərilmiş məbləğin 3 milyon manatı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ayrılıb.

Sərəncamla Maliyyə Nazirliyinə bu sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.