YENİ İLDƏ LAPLANDİYAYA SƏYAHƏT
Laplandiyada Yeni ildə gəzməli yerlər
Hündür dağlar insanı heyran edən Şimal şəfəqi hər tərəfi qara bürünmüş meşələr və yollar möhtəşəm dünya Santa Klausun vətəni Laplandiya. Yeni il ərəfəsində bu ölkəyə getmək heç də pis fikir deyil . Çox da böyük olmayan Laplandiya Finlandiya ərazisində yerləşir. Paytaxti Rovaniem şəhəridir. Bakıdan Laplandiyaya uçuş yoxdur .Moskva-Helsinki reysindən istifadə edərək bu səyahəti edə bilərsiniz .
Laplandiyada böyük dəbdəbəli beşulduzlu otellər yoxdur.Burada böyük otelləri ikimərtəbəli taxta evciklər əvəzləyir. Ən möhtəşəm mehmanxana dördulduzlu Santa Klaus otelidir. Otellərdə turistlər üçün bütün şərait yaradılır.Taxta evlərdə mətbəx də var. Otaqlarda yolkalar qurulub kamin ətrafında isə şamlar düzülüb. Yol yorğunluğunu çıxartmaq üçün turistlərə gözəl şərait yaradılıb.
AĞAPPAQ MEŞƏLƏR VƏ DAĞLAR
Laplandiya dağ xizəyi ilə məşhurdur. Xizək sürməyə başlamazdan əvvəl professional xizəkçilər qonağı sorğu-suala tuturlar. Əgər xizək sürməyi bacarmırsansa onlar sənə dərs verməyə hazırdılar. Meşələrdə gəzmək qorxulu deyil. Meşədə gəzişdikcə dovşan tülkü və başqa heyvanlar yanından keçir.Nə insanlar onlardan qorxur nə də heyvanlar insanlardan . Laplandiya əhalisi iki hissəyə bölünür. Kənd əhalisinin böyük məşğuliyyəti fermalardadır. Həm də meşələrdə giləmeyvələr və digər tərəvəzlər yetişdirilir. Mağazada konservləşdirilmiş ərzaqlar satmaq qadağandır.
SAAMİ ƏHALİSİ
Laplandiyada meşələr çoxdur. Amma bu o demək deyil ki, onlar sahibsizdirlər. Onlarin sahibləri Laplandiyanın qədimliyini qoruyub saxlayan saamilərdir. Saamilərin kiçik bir kəndi var. Laplandiyada bütün marallar fermalarda saxlanılır.
SANTA KLAUSUN PARKI
Santa Klausun varlığına yalnız uşaqlar inanır. Amma Laplandiya səyahətində Santa Klausun kəndini gördükdən sonra siz də Santa klausun varlığına uşaq kimi inanacaqsınız. Laplandiyada Santa Klausu Yolupukki adlandırırlar. Deyilənə görə hələ heç kim Santa Klausun evinə girə bilməyib. Parkda Santa Klausun ofisi var. Park saat 17:00 kimi işləyir.
XOŞBƏXTLİYİN ŞAXTASI
Turistlərin ən çox sevdiyi məkanlardan biri də Laplandiyanın Luosta əyalətində yerləşən Ametis mağarasıdır. Bu dünyada ən möhtəşəm yeganə Ametis şaxtasıdır.Turistlərə bu şaxtadan xatirə qalmasi üçün kiçik ölçüdə Ametis götürməyə icazə verilir.
MƏTBƏX
Laplandiyada olub maral əti yeməmək günahdır . Ən ləzzətli və dadlı yeməklər maral ətindən hazırlanır. Restoranların çoxu İsveç masası üslubunda fəaliyyət göstərir. Laplandiyada ən bahalı içki Avstraliyadan gətirilir isti rom hesab olunur. Ən məşhur sousları isə Portveyindən hazırlanır.
Santa Klausun vətəni sayılan Laplandiya haqqında sizi azda olsa məlumatlandırmağa çalışdım. Sizə bu yeni il ərəfəsində Laplandiyada Santa Klausla görüş arzu edirəm.