PAYLAŞ

İspaniyanın Santander Qranada şəhərləri turistlərdə daha yaxşı təəssürat yaradıb.

İspaniyanın İstehsalçılar və İstehlakçılar Təşkilatının məlumatına istinadla xəbər verir ki, 100 ballıq cədvəl üzrə Santander 87 bal, Qranada isə 85 bal toplayıb.

Reytinqin lideri olan Santander turistləri özünün təhlükəsizliyi, yerli sakinlərin dostcasına münasibəti və qastronomiyası ilə yaxşı mənada heyrətləndirib. Eyni zamanda, turistlər buradakı qiymətlərin yüksək olmasından gileyləniblər.

Barselona və Madrid hərəyə 80 bal toplayıb. Bu şəhərlərdə turistləri daha çox nəqliyyat infrastrukturu, əyləncə alış-veriş cəlb edib. Yeri gəlmişkən, bu meyarlara görə, yüksək ballar alan şəhərlər sırasında Bilbao, Sevilya Valensiya da var.