AZƏRTAC “Egyptindependent” saytına istinadla xəbər verir ki, Cənubi Sinayın Turizm Departamenti “yaşıl şəhər” layihəsini həyata keçirmək üçün vilayətin sərmayəçiləri və otel sahibləri ilə görüş keçirib. Qeyd olunub ki, ildən-ilə daha çox turist cəlb edən bu şəhərdə yenilənən enerji mənbələrindən istifadə olunması böyük əhəmiyyətə malikdir. Misirin günəşli iqlimini nəzərə alan sərmayədarlar bu enerji mənbəyi ilə işləyən stansiyaların qurulmasına maliyyə vəsaiti ayıracaqlarını bildiriblər. İlk addımı isə ölkənin Ətraf Mühit Nazirliyi atacaq: Şarm əl-Şeyxdə ilkin olaraq 5 meqavat, daha sonra gücü 40 meqavata çatdırılacaq ilk günəş elektrik enerjisi stansiyası istifadəyə veriləcək. Misir kurortunun bu mühüm təşəbbüsünə BMT-nin İnkişaf Proqramı da qoşulub. Bu təşkilatın dəstəyi ilə bir il əvvəl də 5 milyon dollar dəyərində ekoloji layihə həyata keçirilib.
        Daxil
                            Xoş gəlmisiniz! Sizin hesabınıza daxil
                            
                            
                            
                            
                            Forgot your password? Get help
                            
                            Privacy Policy Page
                        Password Recovery
                            Parolu bərpa
                            
                            
                            Parol sizə e-poçt olacaq.
                         
            




















