Ev TURLAR Şahdağ turları

Şahdağ turları

Daxiliturlar.azərbaycan


“Şahdağ” Turizm Mərkəzi il boyu bir çox əyləncə növləri təklif etməklə qonaqlarının daim maraqlı və zövqlü istirahətini təmin edib. Şahdağ Azərbaycanın şimal-şərqində dağın yaxınlığında yerləşir. Bura Qafqazın ən gözəl guşələri sırasında əbəs yerə qeyd edilmir. Həmçinin təmiz təravətli dağ havasına görə daim fərqlənir. Öz əzəmətinə  və müxtəlifliyinə görə fərqlənən Şahdağın -20°C soyuq qışı, +20°C isti yay axşamları ilə əvəzlənir. Buranın iqlimi dağ xizəkçiliyi idmanı üçün tam uyğundur. Bu və bir çox digər səbəblərə görə məhz Şahdağ dağının ətəyində müasir, bütün Avropa tələblərinə cavab verən turizm kompleksi salınmışdır.

Şahdağ turizm kompleksi

Hal-hazırda Şahdağda aktiv istirahət etmək üçün lazım olan hər şey mövcuddur. Dörd ədəd rahat və təhlükəsiz qaldırıcı lift, xizəkçilik və snowboard avadanlığının icarəsi də mümkündür.  Eyni zamanda burada yüksək xidmət səviyyəsinə sahib olan bir neçə otel, kurort ərazisində tibbi yardım məntəqəsi, dağ xizəkçilik məktəbi, geniş avtomobil dayanacağı və ən gənc dağ idmanı həvəskarları üçün xalça zolağı fəaliyyət göstərir. 

Şahdağ turizm kompleksi

2012-ci ildən istifadəyə verilən Şahdağ turizm kompleksinə hər il bir çox turist səyahət edir. Təbii ki bu bizim şirkətlə daha fərqlidir. 14 fevraldan mövsüm açılışını edən kompleksə hər həftəiçi və həftəsonu Daxiliturlar.azərbaycan-ın təşkilatçılığı və gülərüz kollektivi ilə turlar təşkil olunur. Bizim turlar məhz gününü fərqli keçirmək istəyənlər üçün nəzərdə tutulub. Qiymətlərimizdə münasibdir;

Standart paket– 16 azn

Ekonom paket– 12 azn

Turlarımız şoumen aparıcı tərəfindən aparılır. Yol boyu müxtəlif əyləncəli oyunlar keçirilir. Qiymətə həmçinin professional fotoçəkiliş, səhər yeməyi, çay süfrəsidiskotekada daxildir.

Şahdağ turizm kompleksi

Uşaqdan böyüyə hər kəsə uyğun əyləncələrin olduğu “Şahdağ” Turizm Mərkəzində siz təbii gözəlliklər əhatəsində, saf və təravətli dağ havasında bizimlə birlikdə marağlı bir tur keçirmək istəyirsinizsə vaxt itirmədən bizimlə əlaqə saxlaya bilərsiniz.

Əlaqə nömrəmiz: 070-264-60-30

Turlarımızı daim sosial şəbəkələrdən izləmək üçün;

İnstagram: daxiliturlar.azerbaycan

Facebook: Daxili Turlar Azərbaycan