PAYLAŞ
Antalya

Sentyabrın ilk yarısında Türkiyənin Antalya vilayətini təxminən 225.000 rusiyalı turist ziyarət edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Hurriyet Daily News” nəşri yayıb.

“Bu, yay mövsümünün uzadılmasına ümid verir” deyə Fraport TAV Antalya Hava Limanının baş direktoru Deniz Varol bildirib.

“Avqust ayında 225 min rusiyalı turist Antalyaya gəldi. Sentyabr ayında yalnız 15 gündə eyni rəqəmə çatdıq” deyib.

Onun sözlərinə görə, türk kurortuna gələn sərnişinlərin demək olar ki, yarısı Rusiyadandır.

“Çox güman ki, bu il Antalyadakı hava trafikinin yüzdə 50-ni ruslar təşkil edəcək. Bu, son illərdəki təxminən yüzdə 35-ə nisbətən əhəmiyyətli bir artımdır”. Başqa bir hava limanının rəsmisi Bilgihan Yılmaz qeyd edib.

Türkiyə Rus səyahətçilərinin gedə biləcəyi nadir ölkələrdən biridir.

Yılmaz “Antalyada təkcə ruslara deyil, bütün turistlərə təqdim edilən tur paketləri çox cazibədardır. Qiymətlər münasibdir və keyfiyyəti çox yüksəkdir. Ümumiyyətlə sentyabr ayında sona çatan bu vilayətə Rusiya nəqliyyatı oktyabr və noyabr aylarına qədər uzadıla bilər” deyib.

Keçən il Türkiyəni yeddi milyon rus turist ziyarət edib, onlardan altı milyonu Antalyaya gəlib. Ümumilikdə, Türk kurortları və görməli yerləri 2019-cu ildə 45 milyon xarici qonaq cəlb edib. Mədəniyyət və Turizm Nazirliyinin proqnozlarına görə, bu il turistlərin sayı 15 milyona çata bilər.