Ev Turizm Xəbərləri Son karantin yumşalmaları hotellərin fəaliyyətinə təkan verib – Ekspert

Son karantin yumşalmaları hotellərin fəaliyyətinə təkan verib – Ekspert

Hotel

Son yumşalmalar hotellərin fəaliyyətinə təkan verib.

Gezmeli.az Trend-ə açıqlamasında turizm üzrə ekspert Rəşad Gəncəliyev bildirib.

Onun sözlərinə görə, bəzi hotellər uzun zamandır müştərisiz qalmışdı, ancaq son yumşalmalardan sonra onlarda yenidən canlanma var:

“Belə hotellərdən ən əksəriyyəti Şixov çimərliyində, ilk xəttə olanlar idi. Bu hotellərdə sərt karantin dövründə müştəri sayı xeyli az idi. Avqust ayının 5-dən çimərliklərə verilən icazədən sonra həmin hotellər yenidən fəaliyyətlərini bərpa ediblər. Artıq elə müştərilər var ki, həftə sonlarını məhz dəniz kənarında keçirmək üçün məhz ilk xəttə olan hotellərə müraciət edirlər. Bundan əlavə cari ayın 18-dən retoran və kafelərin açıq havada müştərilər qəbul etməsinə icazə verildi. Bu da öz növbəsində hotellərin fəaliyyətinə müsbət təsir etdi”.

R. Gəncliyevin qeyd edib ki, elə hotellər də var ki, öz istiqamətləri üzrə işləyə bilmədikləri üçün fəaliyyətlərini dayandırıblar:

“Misal üçün paytaxt Bakıda elə hotellər var ki, müştəriləri sırf oraya baseindən və su atraksionlarından istifadə etmək üçün gəlirdilər. Bildiyimiz kimi hazırda ölkədə hovuz və su atraksionları qapalı olduğu üçün onlar fəaliyyətlərini dayandırıblar”.