PAYLAŞ

Fərqliliyi ilə seçilən Şotlandiya

Məncə, Şotlandiya haqqında məlumatlarım çoxlarını maraqlandırır. Müasir dövrdə də öz fərqliliyini qoruyub saxlayan bir əyalətdir. XVIII əsrin əvvəlinə qədər Şotlandiya müstəqil dövlət idi. Ölkənin İngiltərəyə birləşməsi 1707-ci ilin 1 mayında baş verib. Bu zaman Birləşmiş Krallıq yaradılıb.

 

1970-ci ildə Şotlandiyada Şimal dənizinin şelfində neft emalına başlanılır. Ərazilərdə neftin kəşf edilməsi şotlandiyalıların azadlıq meyllərini gücləndirib. Böyük Britaniyadan azad olmaq üçün növbəti referendum 2014-cü ildə keçirilib.

Ölkədə 5 milyona yaxın şotlandiyalı yaşayır. Maraqlıdır,  ABŞ və Kanadada yaşayan şotlandiyalıların da sayı məhz bu qədərdir.

Kürən insanların sayı Şotlandiyada daha çoxdur. Belə insanlar burada 13 faiz təşkil edirlər.

Şotlandiyada küçə ilə qaçan qara pişiyi uğur əlaməti hesab edirlər. Əgər, bu qara pişik sizin evinizin damındadırsa, onda evinizə bolluq və bərəkət gətirəcək.

Suyunun həcminə görə Şotlandiyanın ən böyük gölü Loh-Ness-dir. Lakin turistləri bura cəlb edən yalnız bu fakt deyil. Belə hesab edirlər ki, gölün dərinliyində nəhəng bir div yaşayır.

Şotlandiya dağlılarının milli geyimi keltdir və görünüş baxımından ətəkləri xatırladır.

Şotlandiyanın iqlimi Böyük Britaniyanın digər ərazilərindən daha rütubətlidir. Təəccüblü deyil ki, məhz 1824-cü ildə şotlandiyalı rəssam, memar və dizayner Çarlz Makintoş yağışdan qorunmaq üçün plaş yaratmışdı.

Viski Şotlandiyanın milli içkisi hesab edilir. Tərcümədə isə mənası “həyat suyu” deməkdir.

1872-ci ildə Qlazqoda futbol üzrə ilk beynəlxalq görüş keçirilib. Bu zaman Şotlandiya və İngiltərə yığmaları qarşılaşıb.

Dünyada ən qısa aviareys də Şotlandiyaya məxsusdur. Sərnişinlərə təyyarə ilə Şotlandiyanın iki – Vestrey və Papa Vestrey adaları arasında gedib-gəlmək üçün cəmi 2 dəqiqə lazımdır. Bir uçuş zolağından baxdıqda digər adadakı uçuş zolağını asanlıqla görmək olur.