Ev Turizm Xəbərləri Səfir: “Turizm mövsümünün əvvəlindən Türkiyədə 88 rusiyalı turist ölüb”

Səfir: “Turizm mövsümünün əvvəlindən Türkiyədə 88 rusiyalı turist ölüb”

Türkiyə

Cari il turizm mövsümünün başlanğıcından Türkiyənin cənubunda 88 rusiyalı turist ölüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov bildirib.

Onun sözlərinə görə, ölümlə nəticənən hadisələrin sayı ötən illə müqayisədə artıb ki, bu da Türkiyəyə Rusiya turistlərinin axınının ümumi artımı ilə bağlıdır.

“Bugünkü günə olan göstəricilərə əsasən 88 ölüm hadisəsi, həmçinin 40 tibbi təxliyə faktı qeydə alınıb. Bu, Rusiyadan artan turist axını ilə izah olunur”, – deyə Yerxov bildirib.

O, qeyd edib ki, 2018-ci ildə Türkiyəyə təxminən 6 milyon rusiyalı turist səfər edib. Bu il həmin göstəricinin artımı gözlənilir.

Rusiya səfiri qeyd edib ki, ən çox ölüm hadisələri illik iqlim şəraitinin dəyişikliyi fonunda ürək-damar xəstəliklərinin kəskinləşməsi nəticəsində olur.

Söhbət qoca insanlardan gedir… İsti, boğanaq, yüksək rütubət… Buradan infarktlar, insultlar və bir çox başqa şeylər ortaya çıxır“, – deyə o dəqiqləşdirib.

Bundan başqa, Yerxov bildirib ki, Türkiyədə son zamanlar turizm avtobusları ilə yol-nəqliyyat hadisələri baş verib. Hansılar ki, insan ölümü ilə nəticələnir.

Səfir rusiyalıları yol hərəkətlərini qaydalara riayət etməyə, transfer xidmətlərindən istifadə etməyə və səyahətlərə yalnız Türkiyənin sınaqdan keçirilmiş şirkətləri ilə çıxmağa, şübhəli təkliflərdən çəkinməyə çağırıb.

O, rusiyalı turistlərin yüksək ölüm faizinin digər səbəbləri arasında alkoqoldan həddən artıq istifadəni və elementar təhlükəsizlik normalarına etinasızlığı da vurğulayıb.