PAYLAŞ
Turizm bələdçiləri

Aprelin 15-də “Landmark” biznes mərkəzində Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının birinci baş assambleyası keçirilib.

Tədbirdə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Senqstşmid, Azərbaycan Dövlət Turizm Agentliyinin aparat rəhbəri vəzifəsini icra edən Kənan Qasımov və başqaları çıxış edərək assambleyanın məqsəd və hədəflərindən, regionda turizmin inkişafından söhbət açıblar.

Bildirilib ki, ölkəmizdə təcrübəli və peşəkar turizm bələdçiləri hazırlamaq üçün təlimlər keçiriləcək, bələdçilər sertifikatlarla təmin ediləcək.

Qeyd edilib ki, ötən il ölkəmizə 2 milyon 850 min əcnəbi gəlib. Turizmin inkişafı müasir çağırışlara cavab verən yeni bələdçilər nəslinin formalaşdırılmasını tələb edir. Bələdçi öz ölkəsinin tarixi və coğrafiyası, etnoqrafiyası, mədəniyyət və incəsənətini dərindən bilməlidir. Təbii ki, dil bilikləri ilə yanaşı, peşə təcrübəsindən lazımi istifadəni də bacarmalıdır.

Qeyd edilib ki, ilkin hesablamalara görə, ölkədə bələdçiliklə məşğul olan 600-ə yaxın şəxs var. Onların əksəriyyətinin bu sahədə sertifikatı olmasa da, müəyyən təlimlərdən keçiblər. Bələdçi qismində fəaliyyət göstərəcək qrupların yaradılması üçün iştirakçılar turizm sahəsində təhsil alan, işləyən və könüllü fəaliyyət göstərən xarici dil bilən tələbə və gənclər arasından seçilir.

Azərbaycan Turizm Bələdiyyəçiləri Assosiasiyasının birinci baş assambleyasının keçirilməsi də bu sahənin inkişafına hesablanıb. Bildirilib ki, turizm bələdçiləri üçün təlimlər təşkil olunacaq.