Ev Turizm Xəbərləri “The Peninsula” qəzetində Azərbaycan-Qətər əlaqələri ilə bağlı müsahibələr dərc olunub

“The Peninsula” qəzetində Azərbaycan-Qətər əlaqələri ilə bağlı müsahibələr dərc olunub

The Peninsula

Qətərin “The Peninsula” qəzetində baş redaktor Xalid Mubarak Əl Şafinin Azərbaycanın Fövqəladə Hallar naziri, Azərbaycan və Qətər hökumətləri arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri Kəmaləddin Heydərov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova ilə geniş müsahibələri dərc olunub. Bu barədə AZƏRTAC-a Azərbaycanın Qətərdəki səfirliyindən məlumat verilib.

Qeyd edək ki, X.Əl Şafi ötən ilin noyabrında Azərbaycana səfər edərək müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri tərəfindən qəbul edilib. Ölkəmizin siyasəti, iqtisadiyyatı, turizm imkanları, eləcə də Azərbaycan-Qətər əməkdaşlığının perspektivləri ilə yaxından tanış olmaq məqsədilə müsahibələr götürüb.

Qətər-Azərbaycan münasibətlərinin ən müxtəlif aspektləri ilə bağlı fikirlərin yer alıb. İkitərəfli siyasi, iqtisadi, ticarət və mədəni əlaqələr, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, ölkəmizin turizm imkanları tanıdılıb. Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar, investisiya mühiti, vergi güzəştləri və s. ilə bağlı geniş məlumatlar təqdim olunub.