PAYLAŞ
turizm

Aviabilet və tur-paketlərin satışını həyata keçirən şəxslərin vergi öhdəliyi nədən ibarətdir?

Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən, vergiödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergiödəyicisi olmaq hüququ yoxdur. Aviabilet və tur-paketlərin satışı ilə bağlı vergi ödəyicilərinə xidmət göstərən agentlərin (turagentlərin) sadələşdirilmiş vergiödəyicisi olmaq hüququ yoxdur. Belə ki, aviabilet və tur-paketlərin satışını həyata keçirən hüquqi şəxslər mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərəcəklər. Turagentlərin vergi tutulan gəlirləri əldə olunan komisyon haqlarından ibarətdir. Turagentlər mənfəət və ya gəlir vergisinin ödəyiciləridirlər.

Aviabilet və tur-paketlərin komisyon qaydada satışını təşkil edən şəxslər tərəfindən əldə olunan komisyon haqlarının həcmi 200 min manatdan çox olduqda vəziyyət dəyişir. Həmin şəxslər növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar. Bu zaman ƏDV məqsədləri üçün qeydiyyatda olan aviabilet və tur-paketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən aviabilet satışı ilə bağlı göstərilən turizm xidmətləri (komisyon haqları) ƏDV-nin vergitutma obyektini təşkil edir.