Ev Gəzməli yerlər Gəzəyənlər Turistlər üçün dünyanın ən cəlbedici istiqamətlərinin adı açıqlanıb

Turistlər üçün dünyanın ən cəlbedici istiqamətlərinin adı açıqlanıb

Dünyanın ən çox oxunan turizm saytı “Tripadvisor” turistlər üçün ən cəlbedici istiqamətlərin siyahısını açıqlayıb.

Birinci yerdə muzeyləri, kilsələri, sarayları və yaşıl parkları ilə Böyük Britaniyanın ən böyük şəhəri olan London dayanır.

Saytın veb-səhifəsində ən maraqlı adalar, ekzotik ölkələr, müxtəlif turpaketlər kruizlər turistlər üçün təklif olunur.

Dünyanın ən romantik şəhəri kimi qəbul edilən Paris siyahıda ikincidir. Tarixi gözəllikləri ilə insanı valeh edən İtaliyanın paytaxtı Roma isə üçüncüdür. Növbəti yerlərdə Yunanıstanın ən böyük adası olan Krit, tropik təbiətin hakim olduğu Bali, hər il təxminən 5 milyon turist qəbul edən, bəyaz qumlu çimərlikləri, ecazkar təbiəti ilə məşhur Puket adası, zəngin sənət tarixi ilə ziyarətçilərin diqqətini çəkən Barselona üç böyük imperiyanın paytaxtı kimi tarixin hər üzünü görən, başdan-başa zəngin mədəniyyət abidələri ilə dolu olan və iki qitədə yerləşən İstanbul, Şimali Afrikanın ekzotik şəhərlərindən olan Mərakeş Ərəb yarımadasının ən inkişaf etmiş ölkələrindən Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhəri qərarlaşıb.