Ev Gəzməli yerlər Gəzəyənlər Turistlərin ən çox maraq göstərdiyi parklar açıqlanıb

Turistlərin ən çox maraq göstərdiyi parklar açıqlanıb

Park

Azərbaycanda turizm agentlikləri Milli Parklarla işləməyə maraq göstərmirlər.

Gezmeli.az məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin direktoru Hikmət Əlizadə deyib.

H.Əlizadə Azərbaycanda turistlərin ən çox maraq göstərdiyi parkların da sayını açıqlayıb:

Bu Milli Park Göygöl Milli Parkıdır. Yeni açıldığı bir turizm mövsümü ərzində həmin parkı 180-200 min nəfər ziyarət edib. 2017-ci illə müqayisədə, 2018-ci ildə Ağgöl Milli Parkına gedən ziyarətçilərin sayı doqquz, Şahdağ Milli Parkına gedənlərin sayı üç, Hirkan Milli Parkına gedənlərin sayı iki, Abşeron Milli Parkına gedənlərin sayı iki dəfə artıb”.

Hikmət Əlizadə bildirib ki, Nazirlər Kabinetinin 2015-ci il 14 aprel tarixli qərarı ilə Milli Parka giriş, yüksək dağlıq ərazilərdə bələdçilik xidməti və peşəkar video və foto çəkilişlər ödənişli əsaslarla olur.