Ev Turizm Xəbərləri Turizm potensialımız xaricdə tanıdılır

Turizm potensialımız xaricdə tanıdılır

Turizm

Azərbaycanın turizm potensialının Avropada tanıdılması üçün təbliğat işləri aparılır.

Mayın 6-da Azərbaycanın Avropada turizm potensialının təbliği məqsədilə Almaniyadan olan turoperatorlarla yerli turizm şirkətlərinin nümayəndələri arasında tanışlıq görüşü baş tutub.

150-dən çox yerli şirkətin iştirak etdiyi görüşdə alman şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub. Gələcək tərəfdaşlıq üçün ikitərəfli müzakirələr aparılıb.

Berlin, Frankfurt, Münhen, Bremen və Köln şəhərlərindən olan alman şirkətlərinin Azərbaycan haqqında ətraflı məlumatlandırılması məqsədilə Bakı və regionlara tanışlıq səfərləri təşkil olunub.

Turizm

3-7 may tarixlərində Azərbaycan Turizm Bürosunun təşkilatçılığı səfər baş tutub. Bakı, Qəbələ, Şamaxı və Şəkinin turizm məkanlarını ziyarət edilib. Şərabçılıq və kələğayı istehsalı ilə bağlı tarixi ənənələr haqqında məlumat verilib.

Əsasən təbiət və mədəniyyət turizmi üzrə ixtisaslaşmış turoperatorların alman turistlərə təklif etdikləri səyahət paketlərinə bu il və gələn il üçün Azərbaycanın ayrıca bir istiqamət kimi daxil edilməsi planlaşdırılır.

Qeyd edək ki, 2018-ci ilin sonundan etibarən Almaniyanın Münhen şəhərində ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.