Turizm şirkətlərinin fəaliyyətinə nəzarət mexanizmlərinə yenidən baxmaq zərurəti yaranıb.
“Dövlət Turizm Agentliyi bunun üçün dövlət reyestrinin yaradılması üzərində çalışır. Burada turist şirkətlərinin marağı nəzərə alınacaq, qanunla tənzimlənən işlək mexanizmlər hazırlanacaq. Onun sözlərinə görə, reyestrdə bütün turizm agentlikləri, hotellər və ümumiyyətlə bu sahəyə aid olan hər bir təşkilat daxil olunacaq. Bildirib ki, Azərbaycan otellərində açıq və gizli monitorinqlər keçiriləcək.”
Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib ki, Azərbaycanda turizm polisi fəaliyyət göstərəcək. Onun sözlərinə görə, belə bir praktika hazırda dünyada mövcuddur. Turistlər getdikləri ölkədə hər hansı bir çətinliklə qarşılaşdıqda, onların müraciət edəcəkləri bir qurum olmalıdır ki, onların problemləri çevik şəkildə dinlənilsin, öyrənilsin və qiymətləndirilsin.
Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib ki, Turizm sahəsində tətbiq olunan tibbi sığorta turistlərdən mütləq şəkildə tələb olunmamalıdır. O, son zaman Rusiya ilə Gürcüstan arasında yaşanan problemləri şərh edərək deyib ki, bu ilin sonunadək Azərbaycana Rusiyadan turist axınının artacağı gözlənilir.