PAYLAŞ
turizm

Xəbər verildiyi kimi Gürcüstan hökuməti koronavirusa görə dəyən zərərin azaldılması məqsədi ilə hotel, restoran, turizm agentlikləri və turoperatorları 4 ay müddətinə (mart, aprel, may, iyun) gəlir və əmlak vergilərindən azad edilib.

Koronavirusla bağlı Azərbaycanda da daxili və xarici turist axınının azaldığı, əvvəlcədən sifariş verilmiş turların və otel rezervasiyaları ləğv olunub. Xüsusilə də Novruz Bayramı ilə əlaqədar tədbirlərin təxirə salınması səbəbindən turizm sektorunun müəyyən gəlirlərini itirdiyi məlumdur.

Turizm üzrə ekspert Ceyhun Aşurov Bizimyol.info-ya açıqlama verib. O bildirib ki, bu məsələ ilə bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinda dünyada yayılmış koronavirus infeksiyasının Azərbaycanın turizm sektoruna təsirinin öyrənilməsi məqsədilə bu sahədə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

“Görüşdə turizm obyektlərindən tutulan vergilərin və sosial sığorta haqlarının güzəştlərin tətbiq edilməsi və ya iyun ayına qədər azad edilməsi təklif olundu. Koronavirusa qarşı mübarizədə Azərbaycanın imicini möhkəmləndirmək üçün işi aparılmalıdır. Xüsusən, sərhəd buraxlış məntəqələrində virusa qarşı mübarizəni əks etdirən görüntülərin paylaşılması məqsədə uyğundur. Biz əcnəbilərə ölkəmizdə virusun yayılması üçün heç bir şəraitin yaradılmadığı nümayiş etdirməliyik. Biz bunu etməsək hava reyslərinin açıq olduğu ölkələrdən turistlər bizə ehtiyatla gələcəklər. Yəni virusla doğru şəkildə mübarizə apardığımızı göstərməliyik”,-deyə ekspert Ceyhun Aşurov bildirib.

Ekspert bildirib ki, son üç ildə rezervasiya xidmətlərinə görə onlayn saytlara edilən ödəniş üçün əlavə vergi tələb olunur. “Virusla bağlı vəziyyətin gərgin davam etdiyi müddətdə bu vergilərin tutulmasının dayandırılmasını təklif edirik”.

Ceyhun Aşurov dövlətin kommunal xidmətlərinin sabit xərclərinin ödənilməsində sahibkarlara dəstək olmasını və borclu olan sahibkarların bank kreditlərinin faizinin dayandırılmasını təklif edib.