“Çox güman ki, turizm agentliklərinin getdikcə sıradan çıxmasının şahidi olacağıq. Bir yükləmə ilə bilet almaq, otel seçmək, tur seçmək mümkündürsə, artıq fiziki turoperatorlara ehtiyac qalmayacaq”
“Son 150-200 ildə 90 faiz peşələr dəyişib. Zaman-zaman yeni peşələrin yaranması və ənənəvi peşələrin tamamilə sıradan çıxması mümkündür. 60 il bundan qabaq liftçi qızlar var idi, artıq bu gün yoxdur”.
Gezmeli.az Sputnik.az istinadən xəbər verir ki iqtisadçı-ekspert Natiq Cəfərli pandemiya dövründə dünyada yeni peşələrin önə çıxmasından, bir sıra ənənəvi peşələrin isə əhəmiyyətini itirə biləcəyindən danışarkən deyib.
O bildirib ki, koronavirus pandemiyası dünyanın rəqəmsallaşmasını xeyli sürətləndirəcək:
“Artıq bir sıra ölkələr rəqəmsal iqtisadiyyata keçidi daha da sürətləndirib. Rəqəmsal iqtisadiyyatın gətirdiyi yeni peşələr daha çox populyar olacaq. Onlayn satışlar və onlayn xidmətlər kimi peşələr daha çox populyar olacaq. Yəqin, gənclərin də bu sahələrə marağı artacaq”.
Ənənəvi peşələr ilə bağlı danışan ekspert bildirib ki, rəqəmsallaşma artdıqca, məsələn, ənənəvi bankçılıq dəyişəcək: “Yəni bank şöbələrinin fiziki olaraq qalmasına ehtiyac qalmayacaq.
Ekspert: “Bəzi peşələrin öyrənilməsi lüzumsuz olacaq”Çox güman ki, turizm agentliklərinin getdikcə sıradan çıxmasının şahidi olacağıq. Bir yükləmə ilə bilet almaq, otel seçmək, tur seçmək mümkündürsə, artıq fiziki turoperatorlara ehtiyac qalmayacaq. Bu sahədə də ciddi azalmanın olması ehtimalı var. Dünyada artıq 250 minə yaxın restoran və kafenin bağlandığı xəbərləri var. Bu, çox böyük rəqəmdir və getdikcə bu tendensiya da arta bilər. İnsanların pandemiyadan doğan davranış qaydaları da dəyişir”.
“Bütün bunlar yeni iş yerlərinin yaranmasına, yeni istiqamətlərin formalaşmasına, bir sıra köhnə peşələrin isə yavaş-yavaş sıradan çıxmasına səbəb olacaq. Məsələn, son zamanlar Avropada ən populyar yeni peşələrdən biri onlayn psixoloqlardır. Onlayn psixoloji yardım göstərərək pul qazana bilirlər”, – deyə o qeyd edib.
Ekspert bildirib ki, rəqəmsal iqtisadiyyat istehsal və xidmət sahələrinin daha çox elektronlaşmasına, robotlaşmasına yol açır:
“Artıq müxtəlif mobil tətbiqlər mövcuddur. İnsanlar mobil tətbiq vasitəsilə həkimi ilə görüşə bilirlər və beləcə həkimə getməyə ehtiyac qalmır. Şəxsin xroniki xəstəliklər, ürək döyüntüsü, təzyiq ilə bağlı məlumatlarının, hətta analizlərin cavablarının onlayn rejimdə həkimə ötürülməsi və ondan məsləhətlər alınması mümkündür. Bir çox sahələr artıq rəqəmsallaşır, kağız dönəmi bitir”.
“İstehsalın forması dəyişir, yəni istehsalda fiziki əməkdən daha çox, süni intellektdən, robotlardan istifadə genişlənir. Məsələn, 100 il əvvəl bir “Ford” avtomobilinin istehsalında 12 nəfərin əməyi var idisə, 50 il bundan əvvəl 5 nəfərin, bu gün isə 1 operatorun əməyi var. Bu da işsizlik ilə bağlı müxtəlif problemlər yaradır. Və dünyanı yaxın gələcəkdə ən çox məşğul edən problemlərdən biri də sərbəst qalmış əmək bazarının müxtəlif istiqamətlərə yönləndirilməsi olacaq”, – deyə ekspert əlavə edib.