PAYLAŞ
Turizm

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsi keçirilib. Bu çərçivədə “Yenimedia.info” saytı Azərbaycan turizminin təbliğinə həsr edilmiş məqalələrlə yenilənmək üçün təkmilləşdirilib.

Saytda Azərbaycan turizminni internet müstəvisində təbliği aparılır. Bu sahədə təkmil online platformaların formalaşması ilə bağlı ekspertlərin rəy və təklifləri, diaspor və QHT nümayəndələrinin müsahibələri yerləşdirilməkdədir. İctimai Birlikdən “Olaylar“a bildirilib ki, layihə çərçivəsində turizm sahəsində təhsil alan gənclərə və müvafiq ixtisaslar üzrə tələbələrə, gənc mütəxəssislərə Bakıda “Azərbaycan turizminin təbliğində ideoloji hazırlıq“, “Peşəkar turizm fəaliyyətində Azərbaycan turizminin təbliği zamanı texniki vərdişlərin artırılması”, Bakıda, Masallıda və İsmayıllıda “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzularında təlimlər keçirilib. Bundan başqa, “Turizm işçilərinin turizmin təbliğində ideoloji hazırlığı” adlı kitabçanın çapı olacaq. Xarici ölkələrdən birində təqdimatı və ekspert, diaspor, eləcə də müvafiq QHT nümayəndələri və turizm təşkilatları arasında paylanması nəzərdə tutulur.