PAYLAŞ
Türkiyə

Türkiyənin yeni teleradio qülləsi tam fəaliyyətə başlayıb.

Publika.az xəbər verir ki, İstanbulun ən yüksək yerlərindən biri olan Çamlıca bölgəsində inşa olunan yeni qüllənin fəaliyyətə başlamasının ardından ərazidəki digər qüllələrin söküntü işlərinə başlanılıb.

Bu barədə məlumat verən Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu İstanbulun mənzərəsinin pozulmaması məqsədilə Böyük Çamlıcada 25, Kiçik Çamlıcada isə 3 olmaqla, ümumilikdə 28 ötürücünün söküləcəyini bildirib. Nazir yeni ötürücünün fəaliyyətə başlaması ilə ərazinin turizm baxımından da əhəmiyyətli yerə sahib olacağını qeyd edib.

Hündürlüyü 369 metr olan qüllə 10 min kvadratmetr ərazidə inşa olunub. Bu ötürücü dəniz səviyyəsindən 587 metr yüksəkdədir. Eyni zamanda Avropanın ən hündür teleradio qülləsidir.