PAYLAŞ
Turizm

Türkiyə ve Azərbaycanlı turizmçilərinin Bakıda görüşü keçirilib.

Bu görüş, Türkiyənin Bakıdakı Səfirliyinin Mədəniyyət və Turizm Müşavirliyinin təşkilatçılığı ilə baş tutub.

Səfirliyin Nuru Paşa zalında keçirilən görüşünə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, İzmir Vali köməkçisi Sultan Doğru, Şimali Kipr Türk Respublikasının Bakı təmsilçisi Ufuk Turganer, Azərbaycan Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan  Qasımov, eləcə də turizm sektorunda çalışan digər firma təmsilçiləri qatılıb. 

Səfir çıxışında Türkiyə ilə Azərbaycanın həyatın müxtəlif istiqamətlərində çox yaxın qardaş münasibətlərində olduğunu diqqətə çatdırıb:

İki ölkə arasındakı münasibətlərdən ən dəyərli olanı isə insani münasibətlərdir. Bir millət iki dövlət anlayışını hər zaman qoruyuruq. Türkiyə və Azərbaycan eyni dil,mədəniyyət və ortaq tarixi paylaşır.Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti Türkiyəyə səyahət edib. Yavaş-yavaş Türkiyədən Azərbaycana gəlişləri də artırmaq lazımdır. Bu şəkildə bir-birimizi daha yaxşı tanıma şansı əldə edəcəyik.Türkiyədən gələn turizmçilər ölkəyə qayıdanda Azərbaycan haqqında təəssüratlarını bölüşəcəklər”.

İzmir Bələdiyyə sədrinin müavini Sultan Doğru, İzmir ilə Bakının qardaş şəhər olduğunu və vətəndaşların bir-biri ilə çox gözəl münasibətlər qurduğunu bildirib.

Azərbaycan Dövlət Turizm Agentliyi  Aparat rəhbəri Kənan Qasımov Azərbaycanda insanların Türkiyəyə olan xüsusi istəyindən danışıb:

Bu günə qədər çok sayda azərbaycanlı Türkiyəyə səfər edib. Arzu edirik ki, Türkiyədən Azərbaycana gələn turistlərin də sayı daha da artar. Bunun üçün bu günə qədər görülən tədbirlər sislsilə şəklində davam edir”.

Türkiyə Səfirliyinin Mədəniyyət və Turizm Müşaviri İrfan Çiftçi, iki ölkə arasındakı turizm münasibətlərinin daha da inkişaf etdiyini deyib:

Son 2 il ərzində Azərbaycandan Türkiyəyə turist axını sürətlə artıb. Təxmini bu illər ərzində turist axını 60 faizə qədər artıb”. 

Görüşdə, QAFSAM-nin sədri Araz Aslanlı da Türkiyə-Azərbaycan turizm münasibətlərinin bu günkü vəziyyətindən danışıb. Gələcəkdə turizm sektorunun daha da inkişaf etməsi üçün bir sıra yeni layihələrin də gerçəkləşdiriləcəyini bildirib. 

Görüşün sonunda Müşavirliyin Türkiyə haqqında çəkilən yeni qısametrajlı filminin təqdim edilib və milli xalq oyunları nümayiş olunub.