Ev Turizm Xəbərləri Türkiyədə 185 nəfər Rusiya vətəndaşı ölüb

Türkiyədə 185 nəfər Rusiya vətəndaşı ölüb

Aleksey Yerxov

2019-cu ildə Türkiyədə 185 nəfər Rusiya vətəndaşı həlak olub.

Cebhe.info-nun məlumatına görə, bu açıqlama ilə Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov çıxış edib.

Onun sözlərinə görə, 154 nəfər Türkiyənin Aralıq dənizi sahilindəki istirahət mərkəzlərində, 31 nəfər isə İstanbul konsulluğu bölgəsində dünyasını dəyişib.

“Rusiyadan Türkiyəyə turpaketlər artmaqda davam edir. 2018-ci ildə biz 6 milyondan danışırdıqsa, ötən il turistlərin sayı 17 faiz artaraq 7 milyon nəfərə çatıb. Ancaq rekord göstəricilərdən danışarkən daha kədərli şeyləri də xatırlamaq lazımdır. Kədərli haldır ki, ötən turist mövsümündə 154 nəfər vətəndaşımız Türkiyənin Aralıq dənizi sahilində istirahət mərkəzlərində, 31 nəfər isə İstanbul konusulluğu dairəsində həlak olub, 68 nəfər sanitar-tibbi yardımla təmin edilib”, – Yerxov belə deyib.

Diplomat əlavə edibi ki, ölənlərin sayı 2018-ci ilə nisbətən bir qədər az olsa da, rəqəmlər çox xoşagəlməzdir:

2018-ci illə müqayisədə, keçən il vətəndaşların roto və enterovirus infeksiyaları ilə bağlı şikayət etməsi halları olmasa da, qidanın keyfiyyəti və fərdi zəhərlənmə halları ilə bağlı şikayətlər təbii ki, olub. Allaha şükür, turizm avtobusları ilə böyük, ciddi qəzaların qarşısını ala bildik. Lakin vətəndaşlarımızın, xüsusilə uşaqların boğulması nəticəsində ölənlərin sayı xeyli artdı”, – deyə səfir bildirib.