Ev Turizm Xəbərləri Türkiyədə turizmin inkişafı üçün təyyarə və tanklar batırılacaq

Türkiyədə turizmin inkişafı üçün təyyarə və tanklar batırılacaq

Bəhreyn

Türkiyədə iyunda Egey dənizinin şimal hissəsində Saros körfəzində 90 ton çəkiyə malik “Airbus A330” təyyarəsini batıracaqlar.

Türkiyə KİV-inə istinadən xəbər verir ki, təyyarə süni rif olacaq.

30 metr uzunluqda olan layneri 30 metr dərinliyə endirəcəklər. Türkiyədə ümid edirlər ki, Egey sahilində yeni sualtı obyektin sayəsində yerli və xarici turistlər gələcəklər.

Bundan başqa, turizm üzrə yerli idarədən bildiriblər ki, gələcəkdə başqa nəqliyyat vasitələri, məsələn I Dünya müharibəsi zamanı istifadə olunan tanklar suyun altına endirilə bilər.

Xatırladaq ki, bu ilin əvvəlində Bəhreyn sualtı parkı açmaq niyyətini elan edib. Batırılmış təyyarə parkın əsas obyekti olacaq.