Avqustun 11-də Türkmənistanın Türkmənbaşı Beynəlxalq Dəniz Limanında Birinci Xəzər İqtisadi Forumu çərçivəsində “Türkmən səhrası-2019” adlı Xəzər İnnovasiya Texnologiyaları Sərgisinin açılışı olub.
Sərginin açılışında Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təbrik məktubu oxunub.
Sərgi çərçivəsində Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistanın milli stendlərinin təqdimatı keçirilib.
Həmçinin Niderland, BƏƏ, Çin, Türkiyə, Belarus, Fransa, Yaponiya, Almaniya, Özbəkistan, Finlandiya və digər ölkələrin şirkətləri də sərgidə iştirak edirlər.
Sərgidə ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SOCAR, İnnovasiyalarAgentliyi, AZPROMO, “Bakı Beynəlxalq Dəniz TicarətLimanı” QSC, “Azərmarka” MMC, Turizm Agentliyi, Mənzil İnşaatı Dövlət Agentliyi, “Azərtelecom”, “Bestcom group” və R.I.S.K. şirkətləri təmsil edirlər.
Avqustun 12-dək davam sərgi davam edəcək. Müxtəlif şirkətlərin nümayəndələri arasında iki tərəfli görüşlər keçirilib.