Dominikan

Dominikan Respublikasına səyahət

Xristofor Kolumb 1492-ci ildə Dominikan Respublikası sahillərinə gələndə, o, deyib ki, dünyanın heç yerində belə gözəl adaya rast gəlməyib. Heç şübhəsiz ki, o haqlı idi! Hətta ən tələbkar turist üçün Dominikan Respublikası əsl cənnətdir!

Dominikan Respublikasının ilk növbədə bənzərsiz çimərlikləri, zərif ağ qumları, dəniz mənzərələri, əl dəyməmiş tropik meşələri, rifləri, pamla ağacları, əzəmətli dağları, çox xeyirxah insanları və əlbəttə ki, gözəl qızları hər kəsi məftun edəcək. Amma cənnət ölkənin üstünlükləri bunlarla bitmir.

Bu  həftə oxucuları Bakının şaxtalı havasını tərk edib bizimlə bir neçə dəqiqəlik isti Dominikan Respublikasına virtual səyahətə dəvət edirik. Odur ki, kəmərləri bağlayın, biz tam sürətlə uçuşa başlayırıq…

Dominikan Respublikası Karib dənizindəki Hispanyola adasında yerləşən kiçik ölkədir. Hispanyola Puerto Rikonun qərbində, Kuba və Yamaykanın şərqində yerləşir, dənizdən Venesuela ilə sərhəddir. Ölkənin paytaxtı Santo-Dominqo şəhəridir.

1-ci səbəb: Dərdi-qəmi unutduran çimərliklər…

Dominikan çimərlikləri

Enli ağ çimərlikləri, palma çətirləri, mehriban günəş – bütün bunlar ümumilikdə cənnət kimi qeyri-real görünür. Amma gözəlliklərin real olduğunu dərk eləməyə başlayandan sonra insan buradan heç qayıtmaq istəmir… Dominikan çimərliklərində gecə-gündüz hamı üçün paritlər təşkil olunur.

Populyar səyahət saytının istifadəçilərinin versiyasına görə, “Playa bravo” ən yaxşı çimərliklərin onluğuna daxildir və 2015-ci ildə “Travellers Choice” mükafatına layiq görülüb. Ağ qumları və büllur kimi suyu yüksək ekologiya standartlara cavab verir, təhlükəsizliyi və infrastrukturu çimərliyin əsas fərqləndirici cəhətləridir. Nağıllarda təsvir edilən mənzərələri xatırladan çimərlik sadalanan keyfiyyətlərinə görə Mavi bayraq alıb. Ondan başqa Dominikanda daha 130 çimərlik beynəlxalq mükafatlara layiq görülüb və YUNESKO tərəfindən yüksək qiymətləndirilib. Kayt çimərliyi isə bu yaxınlarda fəal istirahət ekspertlərinin versiyası üzrə ən yaxşı çimərlik reytinqində dördüncü yeri tutub.

Qeyd edək ki, Hadisənin “Yaz günü” klipi də Dominikan Respublikasında çəkilib.

2-ci səbəb: Dominikan respublikasının hər küncü selfie üçün idealdır.

Dəniz parkı

Çoxsaylı dəniz parklarında sizi təkcə gülərüz yerli sakinlər deyil, həm də zərərsiz köpək balıqları qarşılayacaq. Xüsusilə dəniz ulduzu ilə xatirə şəkli sizdə həmişə xoş hiss oyadacaq.

3-cü səbəb: Merenqe və baçatu oynamaq

Merenqe və baçatu oynamaq

Dominikanlar həyatdan zövq almağı yaxşı bilir. Onlar kasıb yaşayır, eyni zamanda özünü çox xoşbəxt hiss edir. Dominikanlar milli mahnılarını o qədər ürəkdən və şadlayanalıqla oxuyurlar ki, səslərindəki həyat sevinci dərhal hiss olunur. Dominikanların milli rəqsləri isə sadəcə turistləri əyləndirmək üçün vasitə deyil, bu, onların həyat tərzidir. Məsələn, oynaq ritmləri eşitsəniz, dərhal ətrafınıza nəzər salın, onda siz mütləq haradasa yaxınlıqda rəqs edən yerli sakinləri görəcəksiniz. Dayanıb boş-boş baxmaq əvəzinə siz də rəqs edənlərə qoşulun, onlar sizi böyük məmnuniyyətlə öz aralarına qəbul edəcək! Yeri gəlmişkən, şənlənmək və sonsuz həyat eşqi dominikanların milli xarakterinin ayrılmaz hissəsidir. Ümumiyyətlə, onlar çox vətənpərvərdir və öz ölkələri haqqında xüsusi məhəbbətlə danışmağı sevirlər.

4-cü səbəb: Kit balıqlarının kəbin oyunundan zövq alın

Kit balıqları

Yanvardan martadək Dominikanın şimal-qərbində yerləşən Samana yarımadası ən iri məməli dəniz heyvanı – kit balıqlarının ziyarət məkanına çevrilir. Belə ki, həmin ərəfədə balıqlar eyni adlı körfəzin isti sularında nəslini artırır. Vəhşi təbiətin əzəmətindən yorulmayan hər kəs üçün mütləq izlənməli heyrətamiz mənzərədir.

5-ci səbəb: Yerli siqar, qəhvə və rom…

Siqar

Hamımız yaxşı bilirik ki, qəhvə, siqaret və spritli içkilər səhhətimiz üçün ziyandır. Amma Dominikan respublikasının yerli sakinləri onlarla fəxr edir, həm də böyük həcmdə dünyaya ixrac edir. Qiymətləri də olduqca ürəkaçandır. Odur ki, Dominikana gəlib yerli siqarın və romun dadına baxmadan getmək bağışlanmaz səhv olardı. Dominikan siqarları ixrac sayına görə dünyada birinci ölkədir. Elitar məhsulun istehsal xüsusiyyətləri ilə istənilən yerli tütün fabriklərinin birində tanış olmağa icazə verilir. Məsələn, “La Flor Dominicana”-da sizə bütün mərhələləri göstərəcəklər: becərilməsindən tutmuş bükülməsinə qədər. Bu ekskursiya kişilərin lap ürəyincə olacaq.

Qəhvə və rom da dominikanların qürur mənbəyidir. Dominikanda istehsal olunan ən məşhur rom markaları bunlardır: Bermudes, Bruqali və Barselo. Barlarda isə romdan çox dadlı kokteyllər hazırlayırlar. Ən yaxşısı – koko lokodur. Onu əsl kokos qabında verirlər, pino-koladanı isə ananasda hazırlayırlar.

6-cı səbəb: Kəhrəba daşı

Kəhrəba daşı

Əgər Dominikanda kişilər üçün siqar və rom fabriklərini gəzmək xüsusilə maraqlıdırsa, qadınlar üçün bu məşğuliyyəti təbii daş-qaş mağazaları əvəz edəcək. Nadir bəzək əşyaları kolleksiyası toplayanlar burada kəhrəba daşından düzəldilən hər zövqə uyğun aksessuar tapa biləcək. Dominikanlar təkcə sarı kəhrəbası ilə deyil, mavi kəhrəbası ilə də öyünür. Təbii və ucuz mavi kəhrəbanı yalnız Dominikanda əldə etmək olar.

7-ci səbəb: Dalğanı tut.

Dalğa

Kabereta təkcə Dominikanın deyil, həm də Karib hövzəsinin sörfinq və kaytsörfinq paytaxtı sayılır. Təzələr üçün əla məktəb, bilicilər üçünsə yüksək dalğalar deməkdir.

8-ci səbəb: Gülməli qiymətlər

“Dominikan bayrağı”yeməyi

Dominikanda yalnız qəhvə və rom ucuz deyil, yeməklərin qiymətləri də sizi təəccübləndirə bilər. Məsələn, dəniz ilbizinin qiyməti onun üzərinə sıxılan limonun dəyərindən daha ucuzdur. Yeri gəlmişkən, ispanca bir neçə kəlmə, gözəl təbəssüm və bir neçə yerli xüsusiyyətlərini sadalamaqla siz füsunkar ölkədə istirahət xərclərinizi xeyli azalda bilərsiniz.

9-cu səbəb: Ləziz dəniz məhsulları

Ləziz dəniz məhsulları

Təzə dəniz məhsullarının bolluğu, şirin ananas və manqo, papaya və yaşıl banan, qızardılmış klyar və quakamole sizə gözəl bədən quruluşu haqqında bütün xəyalları unutduracaq. Hindqozu südü və yaşıl bananlarla qızardılmış balıq ağzınızda əriyəcək.

“La Bandera Dominicana” (Dominikan bayrağı) – yerli yeməklərin ən populyarıdır. Onun tərkibinə ağ düyü, buğda bişirilmiş qırmızı lobya, buğda bişirilmiş toyuq (donuz əti, mal) daxildir. Yemək, bir qayda olaraq, salatla və ya qızardılmış xırçıldayan bananlarla verilir.Ümumiyyətlə, ekzotik meyvələrlə dəniz məhsullarının məftunedici ətir və dadlarını təsvir etməyə çalışmaq faydasızdır. Bunun üçün Dominika getmək və onların dadına baxmaq lazımdır.

10-cu səbəb: Puerto-Platada kanat yolu

Kanat

İzabel-de Torres dağının zirvəsində endemik bitkilərin yetişdiyi nəbatat bağı yerləşir və İsa heykəli ucalır. Oaraya ancaq kanat yolu ilə getmçək olar. Kanat yolu turistləri Dominikan Respublikasına yenidən vurulmağa məcbur edəcək və sonsuzadək unudulmayan təəssüratlar bəxş edəcək.

11-ci  səbəb: Maykl Cekson və Liza Mariya Preslinin sevgi andını içdiyi kilsə

Kilsə

Sözügedən kilsə Altos-de-Çavonda adlı orta əsr şəhərciyində yerləşir. “Paramount” kinostudiyasının səxavətli təsisçisi Çarlz Bladorn onu dizaynla maraqlanan qızına hədiyyə edib. İndi burada Nyu-York Parsons filialı, amfiteatr, gözəl qalereyalar, yerli dizaynerlərin mağazalar və əlbəttə ki, Çavon çayının ovsunlayıcı mənzərələrini görə bilərsiniz.

Və bu günki virtual səyahətimizində sonuna gəldik.Saydığımız səbəblərə dahada əlavə edə bilərik ,məncə bunlar yetərincədir. Bəs sizcə səyahət etməyə dəyər?

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin