PAYLAŞ

AVROPANIN ƏN UCUZ VƏ TEZ-TEZ KAMPANİYALAR EDƏN AVİAŞİRKƏTLƏRİ

UCUZ AVİABİLET ALMAQ istəyirsən?

Hamımız harasa gedəndə təyyarə biletinin ucuz başa gəlməsini istəyirik. Əsas pulunu gəzməyə, əylənməyə, istirahətə, muzeyə, hədiyyə almağa xərcləməyi kim istəməz ki?

Gəlin təyyarə biletini maksimum ucuz alaq ki, qalan əyləncələrə çox pulumuz qalsın.

Beləliklə, deyim ki, ucuz bilet axtarışını bir neçə saytda etmək olar. Bu aviaşirkətlərin saytları da ola bilər: burada sən ucuz kampaniyalarla tanış ola bilərsən. THY, Pegasus, Wizzair, hətta bəzən AZAL da kampaniyalar edir (əvvəlki qiymətlərdən kəskin fərqlənməsə də 🙂 ). http://avia.gotravel.az kimi ucuz bilet satan saytlar da sənə bələdçilik edə bilər.

 

GEDİŞ-GƏLİŞ CƏMİ 60 AVRO

2014-cü ilin oktyabrına qədər Macarıstanın ​WizzAir​ aviaşirkəti Bakı-Budapeşt reysini  həyata keçirirdi. Uçuşlar ucuz idi. 2013-cü ildə Bakı-Budapeşt-Bakı reysinə 60 avro ödəmişdim. Sonra Bakıdan Avropaya ən ucuz çıxış olan bu reys bağlandı. Ancaq biz yenə həmin şirkətin ucuz xidmətindən yararlana bilərik. WizzAir Gürcüstanın Kutaisi şəhərindən 5 istiqamətdə – Budapeşt, Katowice, Kiyev, Varşava, Vilnüsə uçuş gerçəkləşdirir. Biletlər 20 avrodan başlayır. Kutaisiyə Tiflisdən Türkiyəyə gedən avtobuslarla getmək mümkündür (qiyməti təxminən 5 manat).

WizzAir-lə oktyabrın 20-nə olan Kutaisi-Budapeşt reysinin qiyməti 130 avro, həmin günə AZAL-ın Bakı-Budapeşt reysinin qiyməti isə 415 manatdır. Turistdən fərqli olaraq, səyahətçiyə lüks təyyarə, bahalı yemək-içmək lazım deyil. Ona görə Kutaisidən uçmaq sərfəlidir. Bakıdan Kutaisiyə getməyə isə 15,50 manat bəs edir.

Çətini Avropa ölkələrindən birinə çatanacandır. Sonrakı mərhələlərdə istər avtobus, istər qatar, istərsə də təyyarə ilə səyahətlər sənə ucuz başa gələcək.

Qeyd: Aviabilet ucuz başa gəlməsi üçün:

– Uçuşdan minimum 60 gün öncə alınmalıdır;

– Həftə içi uçuşlarını seçmək lazımdır;

– Uçuş gecə yarısından sonra olmalıdır.

AVROPANIN ƏN UCUZ AVİAŞİRKƏTLƏRİ BUNLARDIR

RyanAir (http://www.ryanair.com);

EasyJet (http://www.easyjet.com);

German Wings (http://www.germanwings.com);

WizzAir (http://wizzair.com);

Corendon (http://www.corendon.com);

Vueling (http://www.vueling.com).

Bütün bunların köməyilə sən təyyarə biletini ucuz əldə edib, büdcənin böyük hissəsini digər əyləncələrə və ya gələcək səyahətlərə ayıra bilərsən.

Ucuz aviabilet əldə etmək istəsən bir başqa yolu Go Travel turizm agentliyinə müraciət edə bilərsiniz. Əlaqə nömrələri: 012-564-60-30 , 050-664-60-30