Ev Turizm Xəbərləri Ukraynalı teleaparıcı: Son 10 ildə Azərbaycanda olmayanlar indi onu görsələr tanımazlar

Ukraynalı teleaparıcı: Son 10 ildə Azərbaycanda olmayanlar indi onu görsələr tanımazlar

Bakı

Ukraynanın “Kontinent” öyrədici-turizm teleproqramının (5-ci kanal) yaradıcı qrupu Azərbaycandan qayıdıb. Ukraynalı televiziyaçılar Bakıda, Naxçıvanda, Şəkidə, Naftalan Duzdağ kurortlarında, “Savalan” şərab zavodunda olublar.

Son 10 ildə Azərbaycanda olmayanlar indi onu görsələr tanımazlar.

Azərbaycan

Kontinent” telelayihəsinin rəhbəri, teleaparıcı Nadia Baziv bu fikri müsahibəsində söyləyib.

N. Baziv vurğulayıb ki, möhtəşəm yeni binalar, təmizlik, insanların üzündəki təbəssüm, hər cür şəraiti olan kurortlar, bənzərsiz gözəlliyi ilə seçilən Şəki Xan Sarayı – bütün bunlar insanı heyran edir.

Azərbaycan

Teleaparıcı Nadia Baziv vurğulayıb: “Biz Şəki halvası hazırlamağı öyrəndik. Ömrümüzdə ilk dəfə qarpız, qoz və içərisinə badam qoyulmuş zeytun mürəbbəsinin dadına baxdıq. Bu mürəbbələrlə ətirli Azərbaycan çayı içdik. Azərbaycan milli musiqi alətlərini maraqla dinlədik, onların melodiyalarının insanda oyatdığı duyğuları və eyni zamanda Odlar Diyarının xüsusiyyətlərini hiss etdik. Bizdə belə təəssürat yarandı ki, Azərbaycanda hər şey var – ucsuz-bucaqsız çəmənlər, uca dağlar, dəniz, dünyadakı 11 iqlim qurşağının 9-u, dəbdəbəli kurortlar… Üçrəngli neft, suyu çəhrayı rəngdə olan göl yalnız Azərbaycandadır. Qadınlar üçün “kəlağayı” adlanan milli ipək baş örtüyü yalnız burada hazırlanır. Yalnız burada indicə tanış olduğunuz adamlar sizi qonaq çağırır və elə qəbul edirlər ki, sanki ömür boyu sizi gözləyiblər. Biz bu gözəl diyarı görmək və onun haqqında ukraynalı televiziya tamaşaçılarına danışmaq üçün yaradılan imkana görə Azərbaycanın Ukraynadakı səfirliyinə minnətdarıq”.

Azərbaycan