PAYLAŞ
United Airlines

Amerikanın “United Airlines” aviaşirkəti xəbərdarlıq edib ki, koronavirus pandemiyası səbəbindən turizm sahəsi xeyli zəifləyib. 3 aylıq məhdudiyyətlərdən sonra turizm sahəsinin fəallığı bərpa edilməyəcəyi təqdirdə oktyabr ayında aviaşirkətin 36 minədək əməkdaşı işdən azad edilə bilər.

Gezmeli.az  AZƏRTAC-a istinadən bildirir ki, aviaşirkətin rəhbərliyin bu məlumatı çərşənbə günü “United Airlines”in bütün əməkdaşlarına göndərilib.

Məktubda deyilir: “Reallıq odur ki, “United Airlines” şirkəti səyahətlərə bu cür aşağı tələbatı nəzərə alaraq, şirkət əməkdaşlarına ödənilən belə əməkhaqqı səviyyəsi ilə oktyabrın 1-dən sonra öz fəaliyyətini sadəcə olaraq davam etdirə bilməyəcək”.

“United Airlines” şirkətinin rəhbərliyi bildirib ki, personalın ixtisarından əvvəl əməkdaşlara könüllü olaraq məcburi ödənişsiz məzuniyyət götürməyə imkan verəcəyini planlaşdırır. Bəzi əməkdaşlar aviadaşımalara gələcək tələbatdan asılı olaraq yenidən işə qəbul edilə bilər.

Personalın potensial ixtisarına stüardessalar, pilotlar və aeroportlarda müştərilərə xidmət heyəti daxildir.