Ev Turizm Xəbərləri Varlı insanların istirahət üçün seçdiyi ən populyar istiqamətlərin reytinqi açıqlanıb – TOP-10

Varlı insanların istirahət üçün seçdiyi ən populyar istiqamətlərin reytinqi açıqlanıb – TOP-10

Malyorka

Dünya aeroportları sərnişinlərlə yüklü olduğundan planetin varlı adamları şəxsi təyyarələrdə səyahət etməyə üstünlük verir. Ötən il bu cür avialaynerlərlə həyata keçirilən uçuşların sayı əvvəlki ilə nisbətən 10% artıb.

“Gezmeli.az”ın “Vesti.ru”ya istinadən verdiyi məlumata görə, dünyanın varlı insanları şəxsi təyyarələrin təmin etdiyi komforta üstünlük verir ki, bu cür laynerlərlə uçuşlar kommersiya təyyarələrinə nisbətən daha tez yerinə yetirilir. Ən varlı insanlar bu cür təyyarələrlə müxtəlif istiqamətlərə səyahət edirlər, lakin əksər hallarda onlar istirahət üçün elit yerləri seçirlər.

Şəxsi təyyarələrlə 2018-ci ildə yerinə yetirilən 10 ən məşhur istiqamət:

#İstiqamətUçuşların sayı
1Baham adaları16 400
2Malyorka (İspaniya)5 600
3İbiza (İspaniya)5 400
4Sardiniya (İtaliya)5 200
5San-Xuan (Puerto-Riko)3 400
6Kayman adaları (Böyük Britaniya)2 300
7Siciliya (İtaliya)2 300
8Korsika (Fransa)2 100
9Vircin adaları (ABŞ)2 000
10Mikonos (Yunanıstan)1 900