Səfər zamanı viza macərası
Səfərlərimdən birini Sloveniyaya planlamışdım. Təbii ki öncə incələmək lazım idi ki, Sloveniyaya vizanı haradan ala bilərəm.
ÇƏTİNLİKLƏ ALINAN VİZA SONRADAN MACƏRAYA ÇEVRİLDİ…
Aldığım vizanın mənə problem yaradacağı ağlıma da gəlməzdi. Odur ki, Lyublyananın hava limanında ürəklə pasport yoxlanan yerə yollandım. Məndən sonra yapon, çin, ərəb, Cənubi Asiya ölkələrindən gələn səyyar satıcılara qədər hər millətdən insan var idi. Hamıdan tez gəlsəm də, aeroportdan ən sonda mən çıxdım. Nədənsə azərbaycanlı olduğumu biləndən sonra vizaya fikir vermədən xüsusi yoxlamaya ehtiyacım olduğunu düşündülər. Sənədlər qaydasında olsa da, hava limanında bir saatdan artıq qaldım. Gömrük işçiləri nədənsə narahat idi. Gah sənədlərimi yoxlayır, gah da otel rezervasiyana diqqət yetirirdilər. Sonda pul qabıma baxmağa qərar verdilər. Məndə olan vəsaitin 10 gün içində yetib-yetməyəcəyini yoxladılar. Axır ki get dedilər. Şəhərə getmək üçün aeraportun qarşısından çıxan sonuncu avtobusa əyləşmişdim ki, gömrük işçisi yenidən qaça-qaça özünü çatdırdı. Yenə pasportumu aldı, yenə yoxladı, sənədin surətini çıxardı. Nəhayət, hər şeyin qaydasında olduğuna əmin olandan sonra yenidən məni yola saldı. Taksilər çox baha aparır. Odur ki, 5-6 nəfərlik mikroavtobusla getməli oldum. Adamın biri 9 avro 40 sentə.
Əslində, buradan şəhər mərkəzinə ictimai nəqliyyat da gedir. Avtobus 1 avro 20 sentə aparır. Sadəcə, mən gecikdiyimə və çox ac, yorğun olduğuma görə birbaşa mehmanxanaya getmək istədim. Bunun üçün də ən asan yol ya taksi, ya da s (tutumu çox olan taksi, mikroavtobus) idi. Taksi çox daha baha olduğundan mikroavtobusla getdim ?