Turizm üzrə ekspert Ceyhun Aşurov qeyd etdi ki, alternativlərin sayını artırmaq lazımdır: “Sentyabr ayının birindən etibarən Türkiyə vətəndaşlarının Azərbaycana gəlməsi üçün viza tələb olunmayacaq: Bu məsələ uzun müddət müzakirə edilirdi. Əslində türkiyəli vətəndaşlara tətbiq olunan vizanın məbləği elə də çox deyildi. Amma istənilən halda, bu, turist üçün bir baryer hesab olunur. Bizim Türkiyəyə qonaq getdiyimiz kimi, türkiyəli turistlər də Azərbaycana heç bir problem olmadan gələ biləcəklər. Turizm aspektindən bu məsələ müsbət məqam kimi dəyərləndirilir. Düşünürəm ki, vizanın aradan qaldırılması ölkəyə gələn turistlərin sayına təsir edəcək. Amma biz bəzi məqamları indidən nəzərə almalıyıq. Gediş-gəlişdə Azərbaycan Türkiyənin ən önəmli tərəfdaşlarından biri hesab olunur. Amma Türkiyənin turizm potensialı çox böyükdür. Biz bundan maksimum yararlanmalıyıq. Ortaq dil, din, mədəniyyət, adət-ənənələrimizi nəzərə alsaq, deyə bilərəm ki, Türkiyədən Azərbaycana daha çox qruplar şəklində turist axını olacaq. Amma bu və ya digər səbəblərdən Azərbaycana quru yollarla gəlmək üçün müəyyən məhdudiyyətlər var. Turistlərin qrup halında daha çox hava yolları ilə gəlmək imkanı var. Qrup şəklində Türkiyədən Azərbaycana gələn turistlər üçün bəzi çətinliklər var. Onlar adətən Gürcüstan vasitəsilə ölkəmizə gələ bilirlər. Hesab edirəm ki, bu sahədə görüləsi işlər var. Ucuz reyslərin açılışı olarsa, bu sahədə daha ciddi irəliləyişlər əldə etmək olar. Ölkəyə gələn hər bir turist istehlakçıdır. Ona görə də, bu sahədə alternativlərin sayı çox olmalıdır. Ölkəyə gələn hər bir turistə ayrıca diqqət göstərilməlidir. Turizm elə bir sektordur ki, hər gün yeni dəyişikliklər edilir. Turistlərin diqqətini cəlb etmək üçün hər hansı özəlliyin olmalıdır. Əks halda, o, seçimini başqa ölkəyə yönəldəcək. Xidmətlər daha rahat, asan və keyfiyyətli olmalıdır ki, turistlər ölkəmizə səfər etməkdə maraqlı olsunlar. Ona görə də, hər bir turistin rahatlığını təmin etməliyik. Öz xidmətimizin keyfiyyətini artırsaq, gələcəkdə turizmin daha dinamik inkişafının şahidi ola bilərik. Turistlər üçün ən vacib olan təhlükəsizlik, münasib qiymətə keyfiyyətli xidmətdir. Yalnız bu halda biz turistləri məmnun edə bilərik. Əgər biz bu sistemi formalaşdırıb keyfiyyətli xidmət göstərə bilsək, özümüzün canlı reklamını etmiş olacağıq. Qiymətlərin süni surətdə qaldırılmasının qarşısını almaq üçün alternativlərin sayını artırmaq lazımdır. Həmçinin, sahibkarlıq fəaliyyəti daha da stimullaşdırılmalıdır”.
Daxil
Xoş gəlmisiniz! Sizin hesabınıza daxil
Forgot your password? Get help
Hesab yarat
Privacy Policy Page
Hesab yarat
Xoş gəlmisiniz! bir haqq-hesab üçün qeydiyyatdan keçin
Parol sizə e-poçt olacaq.
Privacy Policy Page
Password Recovery
Parolu bərpa
Parol sizə e-poçt olacaq.