Ev Turizm Xəbərləri Vyetnam Azərbaycan sərmayəsində maraqlıdır

Vyetnam Azərbaycan sərmayəsində maraqlıdır

Vyetnam Azərbaycan

“Azərbaycan və Vyetnam əməkdaşlığı dərinləşdirmək üçün böyük potensiala malikdir”.

“Report” Vyetnam KİV-inə istinadən xəbər verir ki, bunu Hanoy Xalq Komitəsinin sədri Nquyen Dık Çunq Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanovla görüşdə deyib.

“Biz ikitərəfli əlaqələrin inkişafında maraqlıyıq. Bundan əlavə, Vyetnam, o cümlədən onun ayrı-ayrı regionları və vilayətləri Azərbaycan sərmayəsində son dərəcə maraqlıdır”, – o bildirib.

Komitə sədri Bakı ilə Hanoyun qardaşlaşmış şəhərlər olacağı təqdirdə bunun iki ölkənin paytaxtları arasında əməkdaşlığın inkişafına fayda verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan səfiri isə bildirib ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər yüksək səviyyəli qarşılıqlı səfərlərlə möhkəmlənir. O, həmçinin turizm və təhsilin Bakı və Hanoy arasındakı əməkdaşlığın ən maraq doğuran sahələr olduğunu vurğulayıb.