Ev TURLAR Xarici turlar niyə bahalaşıb?

Xarici turlar niyə bahalaşıb?

Xarici turların qiyməti

Ötən ilin may ayı ilə müqayisədə bu ilin analoji dövründə xarici turların qiyməti 4.5 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsinin açıqladığı son məlumatlara görə, turların qiymətlərində yanvarda 0,1% artım, fevralda 2,5% azalma, martda 5,9% artım və apreldə 11,7% azalma qeydə alınıb. Ölkə daxilində turlar isə yanvarda 1,3% bahalaşsa da, daha sonra qiymətlər sabit qalıb.

Turizm şirkətlərindən birinin xarici turlar əlaqələr üzrə meneceri Ülfanə Mahmudova deyib ki, qiymət artımına bir neçə amil təsir edib.

Əsas səbəblərdən biri mövsüm amili ilə əlaqədardır. Belə ki, yay fəslinin başlaması xaricə üz tutanların sayının artmasına da təsir edib. Biletlərin sürətli satıldığını görən aviaşirkətlər qiymətləri artırırlar.

Ülfanə Mahmudova qeyd edib ki, son 3 ildə aviabiletlər nəzərə çarpacaq dərəcədə bahalaşıb. Həmçinin, manatın devalvasiyası və avronun bahalaşması da qiymətlərə təsir edib.
Məsələn, ötən ilin yay aylarında  Dubaya aviabilet 200 manatdan başlayırdı. Bu il isə bu rəqəmlər 300-400 manata yüksəlib. Bundan əlavə, 2016-cı ildə  yayda İstanbula aviabilet  sifarişi 320 manat təşkil edirdisə,  eyni biletin qiyməti indi 380 manatdan başlayır.

Ülfana Mahmudova bildirib ki, bununla belə aviabiletlərin bahalaşması xaricə səfər edənlərin sayına təsir etməyib.