Ev Turizm Xəbərləri Xaricilər Azərbaycanı öyrənir: Yeni innovativ platforma hazırlanıb

Xaricilər Azərbaycanı öyrənir: Yeni innovativ platforma hazırlanıb

innovativ platforma

Azərbaycanda ilk dəfə olaraq xarici turizm şirkətlərinin nümayəndələri üçün ölkəmizin turizm potensialı haqqında “e-öyrənmə” (“e-learning”) – onlayn məlumatlandırma olacaq. Öyrənmə platforması istifadəyə veriləcək.

“E-öyrənmə” platforması Azərbaycana turizm məqsədli səfərlərin təşkili və satışı ilə məşğul olan xarici şirkətlərə Azərbaycan haqqında ətraflı məlumat verir. Bundan başqa, platforma ölkənin yeni turizm imkanları haqqında geniş informasiya təqdim edən onlayn kurs rolunu oynayacaq.

Burada Azərbaycanın turizm əhəmiyyətli yerləri, tarixi məkanları, mədəniyyəti, mətbəxi, mədəni irsi, memarlıq nümunələri, təbiəti, iqlimi, əhalisi, dili, milli bayramları, adət-ənənələri və s. bu kimi məlumatlar yalnız yazı şəklində deyil. Həmçinin audio və video formatda istifadəçilərə təqdim olunacaq.

Kursun sonunda öyrənilmiş biliklərin yoxlanılması məqsədilə verilən suallara müəyyən vaxt limiti çərçivəsində uğurla cavab verən iştirakçılar müvafiq sertifikatla təmin olunacaqlar.

Onlayn platformanın təqdimatı aprel ayının 29-da Bakı Konqres Mərkəzində keçiriləcək “Travel Businness Azerbaijan 2020” işgüzar forumu çərçivəsində baş tutacaq. Xatırladaq ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçiriləcək “Travel Businness Azerbaijan 2020” işgüzar forumuna qeydiyyat davam edir.

Tədbir Avropa, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyadan 400-dən artıq turizm agentlikləri və tur operatorların, eyni zamanda işgüzar turizm üzrə ixtisaslaşan şirkətlərin, müxtəlif hava yolları şirkətlərinin nümayəndələri və rəhbərlərini yerli turizm sənayesi iştirakçıları ilə bir araya gətirəcək.

Hazırda 150-dən çox yerli turizm şirkəti, hotellər, aktiv növ istirahət turizmi (atçılıq, qolf, xizəkçilik, “off-road” turları və s.) təşkilatçıları daxil olmaqla Azərbaycan turizm sənayesinin nümayəndələrinin qeydiyyatı təsdiqlənib.

Tədbirdə öncədən təyin olunmuş görüş cədvəli çərçivəsində B2B (Biznesdən biznesə) görüşlər keçiriləcək. Şirkətlərə öz xidmətlərinin təqdimatını etmək üçün imkan yaradılacaqdır.

Forumda iştirak etmək üçün qeydiyyat həm yerli, həm də xarici şirkətlər üçün onlayn şəkildə hazırlanıb. Https://travelbusiness.az/ saytı vasitəsilə həyata keçirilir.

İlk dəfə keçirilən “Travel Businness Azerbaijan” eyni zamanda gələcəkdə ölkənin turizm imkanlarının tanıdacaq. Bu mühüm platforma kimi çıxış edəcək.