Xorvatiya

Xorvatiya koronavirus (COVID-19) pandemiyasına baxmayaraq, 600 min turist qəbul etməyə hazırlaşır. 

Gezmeli.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Turizm naziri Qari Kapelli bildirib.

Onun sözlərinə görə, bunun 90 mini yerli turistlərdir: “Xorvatiya dünyada nə baş verməsindən asılı olmayaraq təhlükəsiz bir yerdir. Bu göstəricilər də bunu sübut edir”.  

Q.Kapelli deyib ki, koronavirusa yoluxanların sayını azaltmaq və ölkənin etibarlı yer olduğunu sübut etmək üçün daha sərt epidemioloji tədbirlərin həyata keçirilməsi vacibdir. 

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatında bu il pandemiya nəticəsində dünya turizm sektorunun 1,2 trilyon ABŞ dollarına qədər itki ilə üzləşəcəyi qeyd olunub.  

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin