Ev Turizm Xəbərləri “Yanardağ” qoruğuna müasir avtobuslar işləyə bilər

“Yanardağ” qoruğuna müasir avtobuslar işləyə bilər

Yanardağ

Dövlət Turizm Agentliyi (DTA) “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna müasir avtobusların işləməsi üçün Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət edəcək.

Bunu DTA-nın Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

“Qoruğun ərazisinə marşrut avtobusları işləyir və hər kəs ondan istifadə edir. Lakin BNA-ya müraciət edəcəyik ki, bura daha müasir avtobuslar ayrılsın və onların sayı artırılsın. Qoruğa həmçinin tur avtobusları da gəlir. Hər bir saatdan bir Hökumət Evinin yanından “Baku City Tour” avtobusları çıxır və onlar həm “Yanardağ“a, həm də “Atəşgah“a gedir. Avtobuslardan istifadə zamanı, həmçinin qoruq ərazisinə gedərkən “Bakı kart”lardan istifadə edilə bilər. Bu zaman endirimlərdın yararlanmaq mümkün olacaq”, – o qeyd edib.

DTA rəsmisi əlavə edib ki, gələcəkdə qoruq ərazisində tibb məntəqəsi açılacaq: “Kim bilet alıb, qoruq ərazisində daxil olursa, onlar artıq sığortalanır və hər hansı hadisə olsa, həmin şəxslərə yardım edilir“.