Kruiz

“Xəzər dənizində təşkil olunacaq kruizlərin 2020-ci ildə başlanması gözlənilir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

O bildirib ki, kruizlərin başlanması Rusiyanın təşəbbüsüdür və onları “Pyotr Velikiy” gəmisi ilə həyata keçirilməsi nəzərdə tutulur: “Onu Rusiyada hazırlayırlar. Rusiya Prezidenti Vladimir Putin Bakı səfəri çərçivəsində həmin məsələyə qayıtmış, Rusiyadakı tərəfdaşlardan tələb etmişdir ki, bu iş tezləşdirilsin”.

O əlavə edib ki, Azərbaycan tərəfi Həştərxan vilayətinın Turizm Nazirliyi və müvafiq dəniz qurumları ilə danışıqlar aparır: “Azərbaycan həmin gəmi üçün artıq dayanacaq ayırıb. Xəzər dənizində kruizlərin 2020-ci ildə başlanması gözlənilir. Bu Xəzəryanı 5 dövləti əhatə edəcək. Azərbaycan turizminin inkişafı üçün böyük bir imkan var”.

O qeyd edib ki, layihə tam olaraq Rusiyanın layihəsidir: “Azərbaycan və digər dövlətlər buna dəstək olurlar. Qiymətləri Rusiya tərəfi müəyyən edəcək. Əlbəttə ki, qiymətlər çox yuxarı olsa, biz öz təkliflərimizi verəcəyik ki, daha sərfəli olsun”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin