turizm

Yaponiya hökuməti turizmi canlandırmaq üçün belə addım atıb.

Yaponiya hökuməti koronavirusun yeni növünün (Kovid-19) təsiri altına düşən turizm sektorunu canlandırmaq üçün ölkədə yardımlar edəcək. Tətilə gedənlərə gündəlik olaraq 20 min yen (185 dollar) məbləğində maliyyə yardımı nəzərdə tutulub.

Kyodo agentliyinin verdiyi xəbərə görə, Baş nazir Abe Şinzo hökuməti Kovid-19-un güclü təsir etdiyi turizm üçün başladılan “Səyahətə davam et” kampaniyasının təfərrüatlarını açıqlayıb.

İyul ayının sonunda başlaması planlaşdırılan 1,35 trilyon yen (12,5 milyard dollar) həcmli layihəyə Yaponiyanın turizm agentlikləri və ya ənənəvi “ryokan” otellərindən səyahət rezervasyonları daxil ediləcək.

Hökumət turizm sektorunu təmin etməyi hədəfləsə də, kampaniyaya Yaponiya xaricindən gələn turistlər üçün gediş haqqı daxil etməyəcək.

Qeyd edək ki, Tokio Olimpiadasının koronavirusa görə 2021-ci ilin yayına təxirə salındığı açıqlanıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin