Yaponiyanın traicy.com saytı “Azərbaycana səyahət” adlı məqalə yayıb.
Məqalə “Azərbaycan Hava Yolları” aydın şəkildə Tokioya uçuşlar planlaşdırdığını bildirir” cümləsi ilə başlayır.
Azərbaycanın son illər sürətli və dinamik inkişaf yolu keçdiyinin qeyd edib. Ölkəmizin logistik mərkəzə, Şimal və Cənub, Şərq ilə Qərb arasında mühüm nəqliyyat qovşağına çevrildiyi vurğulanır. Qeyd edilir ki, sərnişin təyyarələri donanmasını genişləndirən Azərbaycan Dehli, Şanxay, Çjençjou, Banqkok, Seul, Kuala-Lumpur, Amsterdam, Vyana, Roma, Əmman, Karaçi, Qahirə, Düşənbə kimi şəhərlərlə hava əlaqəsi yaratmağı planlaşdırır. Hazırda Yaponiya ilə Azərbaycan arasında birbaşa uçuşlar yoxdur.
Məqalədə “Azərbaycan Hava Yolları” QSC barədə də ətraflı məlumat verilir. Qeyd edilir ki, ölkənin paytaxtı Bakı şəhərində yerləşən bu şirkət “Boeing-737” təyyarələrinin sayını artırmaqda davam edib. 2018-ci ildə marşrutların sayını da çoxaltmağa çalışır. Məlumatda, həmçinin qeyd edilir ki, öz müasir arxitekturası, gözəlliyi və xidmət keyfiyyəti ilə diqqəti cəlb edən Heydər Əliyev Beynəlxalq Aeroportu ildə təqribən 7 milyon sərnişinə xidmət göstərir və onların sayını artırmaq məqsədilə iş davam etdirilir.