Ev Gəzməli yerlər Gəzəyənlər Pakistanda beynəlxalq turizm sərgisində Azərbaycan pavilyonu böyük maraqla qarşılanıb

Pakistanda beynəlxalq turizm sərgisində Azərbaycan pavilyonu böyük maraqla qarşılanıb

Pakistanda beynəlxalq turizm sərgisi

Pakistanın Kəraçi şəhərindəki Expo Mərkəzində “Pakistan Travel Mart” turizm sərgisi açılıb.

 Sərgidə Pakistan, Malayziya, Vyetnam, Şri-Lanka, Tailand, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və digər ölkələri təmsil edən bir sıra turizm, sığorta şirkətləri, otellər, aviaşirkətlər öz xidmətlərini nümayiş etdiriblər.

Pakistanda beynəlxalq turizm sərgisi

Azərbaycanın Pakistandakı səfirliyinin əməkdaşları da sərgiyə qatılıb. İkinci böyük heyətlə iştirak edən ölkəmiz ilk dəfə olaraq Azərbaycan Turizm Assosiasiyası (AZTA) və 18 müxtəlif turizm şirkəti və otel nümayəndələrindən ibarət 30 nəfərlə təmsil olunub.

Azərbaycanı təmsil edən şirkətlərin stendləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. AZTA-nın üzvləri Azərbaycana aid stendlərlə maraqlanan hər bir iştirakçıya ölkəmizin turizm sənayesində müşahidə olunan inkişaf, ildən-ilə artan turist axını, eləcə də ölkədə hökm sürən sabitlik və təhlükəsizlik şəraiti barədə geniş məlumat veriblər.

Pakistanda beynəlxalq turizm sərgisi

Sərgi çərçivəsində müxtəlif mövzularda konfranslar və beynəlxalq forum da təşkil olunub. Tədbirlərdə və Pakistanın Xeybər-Paxtunxva və Gilgit-Baltistan əyalətlərinin turizm üzrə nazirlərinin iştirakı ilə təşkil edilmiş şam yeməyi keçirilib. Azərbaycan nümayəndələri təşkilatçılara öz təşəkkürlərini çatdırıb, ölkəmizdə xüsusən son illərdə turizm sahəsində əldə olunan inkişafı və ölkəyə gələn turistlərin sayındakı ciddi artımın olduğunu vurğulayıblar.

Forumda iştirak edən Pakistanın Sind əyalətinin təhsil, mədəniyyət və turizm naziri Azərbaycanda turizm sektorunda əldə olunmuş inkişafdan danışıb. Həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

Sərgidə iştirakçılara səfirliyimizin Azərbaycan və turizmə aid hazırladığı bukletlər paylanılıb. Eləcə də ATA-nın və turizm şirkətlərinin müxtəlif təbliğat materiallarıda paylanılıb.

Pakistanda beynəlxalq turizm sərgisi

Məlumat üçün bildirək ki, son iki ildə Pakistandan ölkəmizə gələn turistlərin sayında 8 dəfədən çox artım müşahidə edilib.