PAYLAŞ
Yaponlar

Qazax şəhərindən 20 km şimal-qərbdə – Daş Salahlı kəndindən təxminən 3 km qərbdə Avey dağın şərq ətəyində yerləşən Damcılı düşərgəsində Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən növbəti tədqiqatlara başlanılıb.

Tədqiqatlar 2015-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Mədəniyyət Nazirliyi və Tokio Universteti arasında bağlanmış memoranduma əsasən aparılıb. Tədqiqatların məqsədi Cənubi Qafqazda, əsasən də Azərbaycan ərazisində neolitdən əvvəlki dövrlərdə Orta Kür hövzəsində ovçu-yığıcıların sosial-iqtisadi həyatı əks etdirməkdir. Ön Asiya ilə genetik bağlı neolit cəmiyyətləri ilə yerli mezolit cəmiyyətləri arasında olan mümkün münasibətlər haqqında dərin məlumat əldə etməkdir.

Qeyd etmək lazımdır ki, 1953-cü ildə arxeoloqlar Sergey Zamyatnin və Məmmədəli Hüseynov tərəfindən Damcılı mağarasında ibtidai icma dövrü düşərgəsi aşkar olundu. 1956-1957-ci illərdə M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyasının aparılıb. Arxeoloji qazıntı işləri zamanı mağarada ibtidai insanlar tərəfindən hazırlanmış 7 minə qədər daş məmulatı və ovlanmış heyvanların 2 mindən çox qalıqları tapılıb. Damcılı mağara duşərgəsindən aşkar olunub. Daş məmulatların texniki və tipoloji xüsusiyyətlərinə görə M. Hüseynov onları orta və üst paleolit, mezolit və neolit dovrlərinə aid edib.

2016-2018–ci illərdə Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının Damcılı mağarasında apardığı qazıntılar abarıb. Nəticəsində orta paleolitdən başlayaraq altı mədəni təbəqə aşkar olunub. Hazırda əvvəlki qazıntı sahəsinin genişləndirilməsi VI təbəqədə və daha alt hissədə qazıntıları davam etdirməyə imkan verəcək.