PAYLAŞ

YER KÜRƏSİNİN ƏN XOŞBƏXT ÖLKƏSİ NORVEÇ

Norveç bayrağı
NORVEÇ BAYRAĞI

 

NORVEÇİN XƏRİTƏDƏN GÖRÜNTÜSÜ

       Şimalı Avropada ,Skandinaviya yarımadasının qərb hissəsində və ona yaxın adalarda yerləşən dövlət.  Konstitusiyalı monarxiyadır. Paytaxtı Oslo şəhəridir. Norveç Skandinaviya yarımadasının qərbində yerləşib İsveç, Finlandiya və Rusiya ilə həmsərhəddir. Şimal ərazi boyu uzanan fyordlar Norveç təbiətinin ən ecazkar fenomenlərindən sayılır.

Norveç Krallığına Arktikada yerləşən bir neçə ada, Svalbard (Şpitsbergen adası və qonşu adalar daxildir) və Yan Mayen adaları da daxildir. Norveç Krallığının Svalbard üzərindəki mülkiyyət hüququ Svalbard Sazişi əsasında razılaşdırılmışdır. Bu saziş Yan Mayen adasına şamil edilmir. Cənubi Atlantik Okeanında yerləşən Buve və I Pyotr adaları da Norveçin tabeliyindədir. Bununla belə bu adalar krallığa məxsus deyildir. Norveçin Antraktidadakı “Şahzadə Mod Torpaqları”na da ərazi iddiları vardır. Həmin adada Norveçin “Troll” tədqiqat stansiyası yerləşir. Norveç 2001-ci ildən etibarən hər il insan inkişafı göstəricisinə görə birinci yeri tutur.

MƏDƏNİYYƏTİ

Ənənəvi xalq rəqsləri, mahnıları və hekayələri olduqca məşhurdur. Ölkə sənət sahəsində əhəmiyyətli insanlar yetişdirmişdir. Bunlardan rəssam Edvard Munch, bestekar Edvard Grieg, heykəltaraş Qustav Vigeland və oyun yazıçısı Henrik İseni misal göstərmək olar.

NORVEÇ

MƏTBƏXİ

Norveç mətbəxində qızartma som balığı, karides və morina balığı əhəmiyyətli yer tutar. Norveçdə insanlar nahar edərkən adətən süfrələrinədə şirin keçi pendiri və rinqa balığı turşusu olur. Spirtli içkilər qadağan olunduğu üçün onu bəzən tapmaq çətin olur.

 İQTİSADİYYATI

Norveçin iqtisadiyyyatı XX əsrin 50-60 cı illərindən yüksək sürtələ inkişaf etməyə başladı .Ölkədə hidrostansiyaların, gəmiqayırmanın inkişafı üçün böyük kapital qoyuldu. 1960-cı ldə Norveçin ticarət donanması müharibədən əvvəlki illərə nisbətən 2 dəfə artdı. Norveç ABŞ və İngiltərədən sonra özünün donanma tonnajına görə dünyada üçüncü yeri tutdu. Zəngin təbii ehtiyatlara malik olan Norveç iqtisadi cəhətdən yüksək səviyyədə inkişaf etmiş sənaye ölkəsidir. Sənayenin mühüm sahələri: neft və təbii qaz çıxarılması, yeyinti, sellüloz-kağız, metallurgiya, kimya, ağac emalı və gəmiqayırmadır. Norveç dünya bazarına böyük həcmdə balıq və balıq məhzulları çıxara dövlətlər sırasındadır. Kənd təsərrüfatında əsas bölmə heyvandarlıqdır. Ölkəyə lazım olan ərzaq məhzullarının yarıdan çoxu idxal edilir.

Oslo
NORVEÇ
NORVEÇ rəy sorğularına görə ən sakit və sülhsevər ölkə hesab edilmişdir