Ev Yerlər Ölkələr Yuta – ABŞ-ın ən qeyri-adi ştatı

Yuta – ABŞ-ın ən qeyri-adi ştatı

            Ən qeyri-adi  ştat

Yuta ştatı ABŞ-ın coğrafi zənginliyi ilə seçilən ən qeyri-adi  ştatıdır.  Ştatın xeyli hissəsi dağlardan ibarətdir. Kolorado, San-Xuan və Qrin-River çayları Yuta torpaqlarından axıb gedir. Adına görə ştat “yuta” (“dağ uşaqları”)  adlanan  hindi qəbiləsinə borcludur.
yuta
Avropadan ilk kolonistlər gələnə qədər müasir Yutanın ərazisində yuta, puebo, navaxo hindiləri yaşayıblar. İspanlar bura gələn ilk avropalılardır. Sonra bu torpaqlar Meksikaya məxsus olub. Meksika həmin torpaqları 1846-1848-ci illər  Amerika-Meksika müharibəsi zamanı itirib. 1896-cı ildə Yutaya rəsmən ABŞ-ın ştatı statusu verilib.
Yuta ştatı ərazisində daimi məskunlaşan ilk avropalılardan biri də mormon təriqətindən olan kolonistlərdir. Liderləri Cozef Smitin başçılığı ilə mormonlar Böyük Duz Gölünün yaxınlığında qəsəbə salıblar. Sonralar  ştatın paytaxtı və ən iri şəhəri Solt-Leyk-Siti məhz burada yaranıb və burada keçirilən Olimpiada sayəsində bütün dünyada məşhur olub.
yuta
Yuta əsasən beş milli parkda – Arki, Zayon,  Brays-Kanyon, Kanyonlends, Kapitol-Rif  milli parklarında cəmləşən qəribə təbiət guşələri ilə məşhurdur. Mormon kilsəsi, Abidələr  adisi,  Böyük Duzlu Göl, dağ-xizək kurortları Yutanın ən görməli yerlərindəndir.
Brays Kanyon ağlı başdan aparan çox fantastik bir yerdir. “Hoodoos”  qrupları – qədim qayaların barmaqvari qalıqları onun  başlıca fərqləndirici xüsusiyyətidir. Adamın inanmağı gəlmir ki, narıncı, çəhrayı və ağ rənglərə boyanan bu qayalar təbii mənşəlidir.  Bu ərazidə yaşayan qədim  hindilər inanırmışlar ki, hoodooslar qüdrətli koyot tərəfindən günahlarına görə daşa döndərilən insanlardır. Burada qışda termperatur  sıfırdan bir qədər aşağıdır, çoxlu qar olur. Bu da çəhrayı hoodooslar fonunda çəkilən fotoşəkillərə xüsusi yaraşıq verir. Məşhur  “Tor gürzü” qayası da  burada yerləşir.
yuta

                      Yuta

Yutanın cənub-şərqində, Arizona ştatı ilə sərhəd boyu unikal geoloji törəmə  – Abidələr vadisi yerləşir. Vadi Kolorado yaylasının tərkib hissəsi olan yüksək düzənlik sahədir.  Düzənliyin yumşaq çöküntü süxurlarından  formalaşan üst təbəqəsi tamamilə  dağılıb, lakin hamar və boş səthdə qırmızı qumdaşından ibarət olan səf-səf qayalar ucalır. Qayaların çoxunun maraqlı adları var: Şərqi Əlcək, Qərbi Əlcək, Üç Bacı və başqaları.  Vadinin ərazisində navaxo qəbiləsinə məxsus park var. Vadi ABŞ-ın ən çox tanınan turizm obyektlərindən biridir:  “Kovboy” mövzusunda kinofilmlərin, habelə klip və reklam çarxlarının çoxu bu ərazidə çəkilib.
yuta
Xəritədə bərabər düzbucaqlıya bənzəyən Yutanın çoğrafi  xüsusiyyətlərini nəzərə alsaq,  onun faydalı qazıntılarla zəngin olması təəccüblü deyil. Buna görə də dağ-mədən sənayesi ştatın iqtisadiyyatının başlıca sahəsidir. Burada mis, qurğuşun, gümüş, sink, dəmir filizi, neft, kömür və uran yataqları işlənilir. Yutata  faydalı qazıntılarla bərabər,  başqa təbii sərvətlərdən də iqtisadi məqsədlərlə istifadə olunur.