şəlalələr
Dünyanın ən gözəl şəlalələri
Siyahını İnqa şəlaləsi ilə başlayaq. Bu şəlalə dünyadakı böyük və nəhəng şəlalələrdən biridir. Hündürlüyü 96 metrdir.

İquasu, Braziliya – dünyada ən güclü şəlalə sayılır.Bu şəlalə Braziliya və Argentina sərhədlərində yerləşir. Əslində bu bircə şəlalə deyil, 275 şəlalənin sxematik birləşməsidir və təxminən 60-80 metr yüksəklikdən axır. Nəhəng şəlalə U hərfi formasındadır, ispan fəthkarları tərəfindən “Şeytanın boğazı” adlandırılır.

Plitvik göllərinin şəlalələri, Xorvatiya – bu göl və şəlalələrin tərkibində yaşayan mikroelementlər suları rəngarəng edir. Burada hər rəng var. Meşənin fonunda təkrarolunmaz mənzərə ortaya çıxır.


Yosemite, ABŞ – bu şəlalə də ən hündür şəlalələrdən biridir – 739 metr. Bu şəlalənin qəribə xüsusiyyəti var – qış aylarında demək olar ki, axmır. Lakin yaz və yay aylarında suyunun bolluğu maksimal həddə çatır.

Sazerlend, Yeni Zellandiya – Cənub adasında yerləşir. Dar boğazdan keçərək 580 metr hündürlükdən axır. Ətrafında qayalar üzərində mamırlar ecazkar görüntü bəxş edir.
