Adətən regionda olan otellərin 90% i mövsümüdən asılı olaraq doluluq səviyyəsi az və ya çox olur. Amma “Marxal Resort and Spa”ya bunu aid etmək olmaz. Bunu otelin restoranlarının superviseri Emin Hüseynov bildirib.
Onun sözlərinə görə, istər yayda istərsə də qışda Marxalda doluluq səviyyəsi yüksək olub. Emin Hüseynovun sözlərinə görə,Yeni İl bayramı ərəfəsində otelə 650-700 qonaq gəlib ki, bu da maksimum qonaq sayı deməkdir.
“Ümumiyyətlə yay başlayandan xüsusən də iyun ayında çox yaxşı nəticə göstərdik. Qarşımıza qoyduğumuz hədəflərdən artığına nail olduq. Aprel ayında Marxal oteli Azərbaycanda regionlar üzrə bir nömrəli otel seçildi”– deyə otel rəsmisi bildirib.
“Keçən il biz ən çox ərəblərlə işləmişik. Ərəb ölkələrindən şeyxlər və icra nümayəndələri gəliblər. Ərəblər əsasən yayda gəlirlər. Qışda əsasən yerli azərbaycanlılar gəlir. Yeni il ərəfəsində demək olar ki, otelimizin 80% yerli turistlər idi” – deyə Emin Hüseynov bildirib.
Otel rəsmisinin sözlərinə görə, avqust ayın 5-i otelin 3 illiyi tamamlanır. Bununla bağlı kompaniyalar olacaq. Qurban bayramı ilə bağlı oteldə endirimli kampaniyaların olacağı bildirilir. Emin Hüseynovun sözlərinə görə, Marxal otelin üstünlüklərindən biri də əyləncə mərkəzlərinin otelin daxilində deyil kənarda olmasıdır.
Şəkiyə Ərəb turistlərdən savayı avropalılar da çox gəlir. Otel rəsmisinin sözlərinə görə, onun müşahidələrinə görə, ən səliqəli turistlər almaniyalı turistlərdir.
“Almaniyadan olan turistlər restoranda yemək yeyib gedəndən sonra sanki həmin masada heç kim olmayıb. Çox səliqəli və təmizkardılar” – deyə Emin Hüseynov bildirib.
Həmçinin o qeyd edib ki, əsasən turistlər otelə booking.com üzərindən gəlir və orada yazılan hər bir rəy onlar üçün çox önəmlidir.
“Otellərdə verilən yemək və menyulara gəlincə isə buna F&B deyilir. Bu otelin yemək içmək bir sözlə qida tərəfi hesab olunur. Oteldə səhər yeməyi açıq bufet olur. Bufetdə veriləcək həftəlik menyular isə şef poverlər tərəfindən öncədən təyin edilir. Otelin restoranlarında verilən günorta və şam yeməkləri isə alikart sistemi ilə təqdim olunur yəni müştəri istədiyini sifariş edir və yemək hazırlanaraq qonağa təqdim edilir.” – deyə Emin Hüseynov bildirdi.
Bizim otelə gələn xarici qonaqlar ən çox şəki sayağı çığırtma, dobuda dolma, sifariş edirlər. Dobuda dolma demək olar ki, belə mükəmməl ancaq bizdə verilir.
Sonda isə Emin Hüseynov bildirib ki, Marxal sözü qışda evlərin damlarından sallanan buz sırsıralarına deyilir.