Ev Turizm Xəbərləri Krakovda multikultural küçə festivalı keçirilib

Krakovda multikultural küçə festivalı keçirilib

Krakov

Polşanın Krakov şəhərində ənənəvi multikultural küçə festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, festivalda müxtəlif xalqlar, o cümlədən Azərbaycandan olan rəqs, təsviri sənət, mətbəx nümunələri nümayiş olunub.

Festival çərçivəsində nümayiş olunan milli nümunələr, habelə kulinariya işləri də satışa çıxarılıb. Balacalar üçün isə müxtəlif master-klaslar təşkil edilib. Festival 2 gün davam edib və əhali tərəfindən böyük maraqla izlənib.