Ev Ölkələr Almaniya Ən məşhur pivə bayramı Almaniyada

Ən məşhur pivə bayramı Almaniyada

Almaniyada pivə bayramı-Oktoberfest

Almaniyanın Münhen şəhərində “Oktoberfest” pivə bayramı başa çatdı.

Festivalın mərkəzi Terezienvizedə idi. İlk “Oktoberfest” 1810-cu ildə taxt-tac varisi, şahzadə Lüdviqlə şahzadə Saksonlu-Hildburqhauslu Terezanın toyu şərəfinə keçirilmişdi. 1819-cu ildə isə festivalın təşkili və idarə olunması Münhen şəhər şurasına həvalə olunub.

1487-ci ildə Bavariyada qəbul olunmuş “Pivənin təmizliyi haqqında” qanuna müvafiq olaraq “Oktoberfest”də yalnız yerli pivə verilir. Bu səbəbdən də festivalda ənənəvi olaraq Münhenin 6 pivə istehsalçısı (“Paulaner”, “Augustiner-Brau”, “Lowenbrau”, “Hofbrau”, “Hacker-Pschorr-Brau” və “Spaten-Franziskaner-Brau”) təmsil olunublar.