Ev Turizm Xəbərləri Ərdoğan: “Turizm istisna olmaqla, bütün sektorlar pandemiyadan əvvəlki vəziyyətə qayıdıb”

Ərdoğan: “Turizm istisna olmaqla, bütün sektorlar pandemiyadan əvvəlki vəziyyətə qayıdıb”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

“Pandemiya dövrünü dünyanın təqdirini qazanacaq şəkildə uğurla idarə etdik”.

Gezmeli.az-ın APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı münasibətilə xalqı təbrik edərkən deyib.

O bildirib ki, turizm istisna olmaqla, ölkədə bütün sektorlar pandemiyadan əvvəlki vəziyyətə qayıdıb.

Türkiyə Prezidenti vətəndaşlara müraciət edərək bundan sonra da onları sanitar-gigiyenik qaydalara riayət etməyə, habelə tibbi maskalardan istifadə etməyə və sosial məsafəni gözləməyə çağırıb.

“Əldə etdiyimiz uğurları qoruyub, daha böyük hədəflərə doğru addımlamalıyıq”, – deyə Ərdoğan vurğulayıb.